Главная > Gündəm / Cəmiyyət > Səttar Möhbalıyev: “Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi yolverilməzdir”
Səttar Möhbalıyev: “Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi yolverilməzdir”16-12-2022, 12:48. Разместил: admin |
“Uzun illərdir bölgədə Ermənistanın yaratdığı vəziyyət bütün dünyaya məlumdur. Çox uzağa getməyək, son 30 ildə onların əl atdığı bütün çirkinliklər, təcavüz, işğal siyasəti, yerli sakinləri öz yurdlarından çıxarmaq, soyqırımı, terror və başqa bu kimi əməllər beynəlxalq aləmin gözü qarşısında olub. Qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə bağlı elə yalanlar uydurublar ki, hətta özləri də bu yalanlara inanmağa başlayıblar. Biz və bütün dünya bu 30 ildə onlardan nələr görmədik!? Çirkin əməllərinə haqq qazandırmaq üçün hansı cildlərə girmədilər ki!? Azərbaycan 30 il onları sülhə çağırdı, amma yenə başa düşmədilər. Elə bilirdilər ki, Azərbaycan haçansa işğalla barışacaq. Təbii ki, bu, mükün deyildi. Dövlətimizin başçısı cənab İlham Əliyev onların bütün çirkin arzularının üstündən xətt çəkdi”. Bu fikirləri Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasına münasibət bildirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Onun sözlərinə görə, Ermənistan üzərində parlaq qələbə qazanan Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib: “Bu səbəbdən Azərbaycan öz ərazisinə tam nəzarət etməlidir, baş verən qanunsuz halların qarşısını almalıdır. Bu, dövlətimizin beynəlxalq qanunlarla tənzimlənən suveren hüququdur. Məlumdur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı davam edir, bu səbəbdən orada ekoloji vəziyyət son dərəcə ağırlaşıb. Bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir. Monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin həmin əraziyə girişinə maneçilik törədilməsi tamamilə qanundan kənardır. Buna görə də Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası haqlı narazılığın bilavasitə təzahürüdür”. “O da məlumdur ki, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər üçün istfadə olunur, minalar aparılır, həmçinin oğurlanan, talan edilən təbii sərvətlərimiz daşınır. Bu, yolverilməzdir və qarşısı birmənalı şəkildə alınmalıdır. Ermənistan tərəfi yenə də ənənəsinə sadiq qalaraq, xain xislətlərindən çıxış edərək uydurduqları yalanlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Guya Laçın yolunu azərbaycanlılar bağlayıb, bölgədə humanitar fəlakət yaşanır, etnik təmizlənmə həyata keçirilir. Bütün bu iddialar böhtan xarakterlidir və həqiqətdən uzaqdır. Sadəcə Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri oğurlanan təbii sərvətlərimizin daşınmasının qarşısını alırlar. O ki qaldı Laçın yolunun bağlanmasına bu, hamının gözü qarşısında Rusiya sülhməramlı kontingenti tərəfindən bağlanıb”, - S.Möhbalıyev bildirib. “Baş verən hadisələrə Ermənistan hökuməti başlarından böyük şərhlər verir, bəyanatlar səsləndirirlər. Bunlar hələ də analmırlar ki, heç bir dövlətin daxili işinə qarışmaq hüquqları yoxdur. Belə bir səlahiyyət heç bir dövlətə, o cümlədən Ermənistana verilməyib. Ermənistan hökuməti gedib böhran vəziyyətində yaşayan, sosial vəziyyəti ağır durumda olan öz vətəndaşlarının problemləri ilə məşğul olsun, bizim daxili məsələlərimizlə yox”, - Milli Məclisin deputatı vurğulayıb. Вернуться назад |