Главная > Gündəm / Cəmiyyət > Qardaş Türkiyə bütün məsələlərdə Azərbaycanın yanındadır

Qardaş Türkiyə bütün məsələlərdə Azərbaycanın yanındadır


14-11-2022, 18:25. Разместил: admin
“Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafı istiqamətində növbəti addımdır. Səfər zamanı keçirilən məhsuldar görüşlər, aparılan müzakirələr və səsləndirilən bəyanatlar bunu deməyə əsas verir”.

Bu fikirləri BİA.az-a iqtisadcı, müstəqil ekspert Tural Hüseynli deyib.

Tural Hüseynli bildirib ki, Türkiyə ilə münasibətlərimiz bu gün ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları əsasında uğurla inkişaf edir:

“Səfər zamanı hər iki tərəf münasibətlərimizin möhkəm təməllər üzərində qurulduğunu vurğulayıb, əlaqələrin daha da dərinləşdirilməsi üçün siyasi iradənin ortada olduğunu bəyan ediblər. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etdirilir. Hər iki ölkə regionun inkişafına xidmət edən mühüm layihələrə müəlliflik edir. Eyni zamanda, Azərbaycan-Türkiyə birliyi bölgədə sülhün və təhlükəsizliyinin başlıca faktorlarından biridir”.

Tural Hüseynli iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Hər iki ölkə beynəlxalq müstəvidə də bir birini birmənalı olaraq dəstəkləyir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Ermənistanın işğalçı siyasəti davam etdirdiyi üçün Türkiyə onunla bütün əlaqələri dayandırıb, sərhədlərini bağlayıb. Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlərini qəbul etməsi, qəbul zamanı aparılan müzakirələr bir daha iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Qardaş Türkiyənin nümayiş etdirdiyi mövqe haqlı mübarizəmizdə Azərbaycanın yalnız olmadığını təsdiqləyir. Türkiyə və Azərbaycan hər zaman dünyada, o cümlədən regionda  sülhün və təhlükəsizliyin tərəfdarı kimi çıxış edir və bu istiqamətdə öz təşəbbüslərini irəli sürür. Eyni zamanda, ölkələrimiz birgə həyata keçirdiyi transmilli layihələr bölgənin inkişafına böyük töhfələr verir. Beləliklə,  Azərbaycan-Türkiyə birliyi beynəlxalq müstəvidə də böyük önəm kəsb edir. Şübhə yoxdur ki, bu birlik getdikcə daha geniş spektirdə regional proseslərdə vacib amil kimi çıxış edəcək. Bu fakt təkcə Azərbaycanla Türkiyənin deyil, regionun bütün xalqları üçün fayda verəcək. Bir sözlə, qardaş Türkiyə bütün məsələlərdə Azərbaycanın yanındadır. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır!” - deyə müstəqil ekspert vurğulayıb.


Вернуться назад