Главная > Gündəm / Səhiyyə > ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ – Dr. İsmayıl İsmayılov

ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ – Dr. İsmayıl İsmayılov


24-10-2022, 12:12. Разместил: admin
Dr. İsmayıl İsmayılov

Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Belə ki, yeni tikilən tibb ocaqları ilə bərabər həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün öz vətəndaşlarına xidmət göstərirlər. Ölkəmizdəki onlarla səhiyyə və tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin böyük bir hissəsi, dünyanın ən qabaqcıl universitet və akademiyalarında təhsillərini almış mütəxəssislərdir. Bu mütəxəssislərin əksəriyyəti təhsillərini başa vurduqdn sonra ölkəmizə qayıdaraq xalqımıza xidmət etməkdədirlər.

Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Bakıda fəaliyyət göstərən Milan Hospitaldır. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.
Yüksək standartlara cavab verən bu xəstəxana geniş quruculuq və abadlıq işləri görülmüşdür. Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır.


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi VİP Milan Hospitalda Qulaq, burun, boğaz həkimi – Otolarinqoloq həkim Dr. İsmayıl İsmayılovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, VİP Milan Hospitalda Qulaq, burun, boğaz həkimi – Otolarinqoloq həkim Dr. İsmayıl İsmayılovdur.

VİP Milan Hospitalda Qulaq, burun, boğaz həkimi – Otolarinqoloq həkim Dr. İsmayıl İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Dr. İsmayıl İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, VİP Milan Hospitalda Qulaq, burun, boğaz həkimi – Otolarinqoloq həkim Dr. İsmayıl İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İxtisas:

Otolarinqoloq (Lor)

Ali Təhsil:

• Rusiya Federasiyası Saratov Dövlət Tibb Universitetində ali təhsil almışdır

• Rusiya Federasiyası Saratov Dövlət Tibb Universitetində universitetində Ümumi Cərrahiyyə üzrə internatura keçmişdir

• 2006-2008-ci illərdə Moskvada Səhiyyə Nazirliyinin “Otorinolarinqologiya” Elmi Kliniki Mərkəzində ordinatura keçmişdir



Kurs, təlim və seminarlar:



• 2006-cı ildə Rusiya Xalqlar Dostluğu Universitetində İlkin İxtisaslaşma (Otolarinqologiya) kursusunu bitirmişdir

• Rusiya Federasiyası Prezident Aparatı tədris və tədqiqat tibb mərkəzində isə “Sübut əsaslı tibb nöqteyi-nəzərindən farmakoterapiya və qulaq, burun, boğaz xəstəlikləri üzrə mühafizə-tədris kursunu bitirmişdir

• 2008-ci ildə Moskvada Lazer təbabəti üzrə Dövlət Elmi Mərkəzində kurs bitirmişdir və nəticədə tibbi lazer avadanlığı ilə işləmək hüququ almışdır

• 2010-cu ildə Moskvada Səhiyyə Departamentində “Birinci Kateqoriyalı Həkim” kursunu bitirmişdir

• 2011-ci ildə isə “Otorinolarinqologiya” Elmi Kliniki Mərkəzində “Surdologiya və eşitmə orqanının protezləşdirilməsi” kursunu bitirmişdir



Bildiyi dillər:
• Azərbaycan
• Rus
• İngilis
• Türk

İş Təcrübəsi:

• Moskva Otorinolarinqoloqlar Cəmiyyətinin üzvüdür

• Saratov şəhər xəstəxanası

• 219 saylı Moskva şəhər xəstəxanası

• Medera Hospital

• Medical Plaza

• Hazırda VİP Milan Hospitalda Qulaq, burun, boğaz həkimi – Otolarinqoloq həkim vəzifəsində fəaliyyət göstərir
Вернуться назад