Главная > Gündəm / Cəmiyyət / Bölgə > "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin " Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi " layihəsi davam etdirilir

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin " Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi " layihəsi davam etdirilir


16-10-2022, 18:53. Разместил: admin
























Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  elan etdiyi kiçik Qrant müsabiqəsinin  qalibi "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək"  İctimai Birliyinin " Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi " layihəsi davam etdirilir.
Layihənin əsas məqsədi protezlərdən, əsa və korsetlərdən istifadə edən Vətən müharibəsi əlillərinə  istifadə qaydalarını  çatdırmaq və yanan problemlərin  aradan qaldırılması üçün lazımı tibbi tədbirlərin vaxtında görülməsini izah etməkdir.
Layıhə Tərtər, Ağdam və Bərdə rayonları üzrə əhatə olunub.
Layihəninin icrası üçün növbəti görüş Bərdə rayonunda keçirilib.  Görüşdə Birliyin sədri Yasəmən Qəyyumlu,  sədr köməkçisi Lalə Həşimova, Bərdə Rayon İcra Hakimiyyətinin məsul işçisi  Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov ,  Layihə üzrə təlimçi həkim travmatoloq Məmmədov Xaliq  və Vətən müharibəsi əlilləri iştirak ediblər.  Layihə iştirakçılarına bukletlər, qeyd dəftərləri və qələmlər paylanılıb.  Hər kəs öz fikrilərini dəftərdə qeyd edib. Sonda çay süfrəsi təşkil edilib.
Layihə davam etdirilir.
#QhtAgentliyi  #NgoAgency  
#Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi  #layihə

Fərid Səfərov,
Birliyin mətbuat katibi




Вернуться назад