Главная > Gündəm / Bölgə > Əziz Əzizov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏL
Əziz Əzizov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏL4-10-2022, 11:30. Разместил: admin |
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə Beynəlxalq Ahıllar Günü münasibətilə bir qrup ahıl ziyarət olunubSuraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova və əməkdaşlar Zığ qəsəbəsində yaşayan 97 yaşlı Nəsibulla Məzahir oğlunu və onun həyat yoldaşı 94 yaşlı Xanımbacı Bəxtiyar qızını ziyarət edilblər. Görüş zamanı RİH başçısının müavini Könül xanım Axundova Suraxanı rayonunda ahıl şəxslərin, o cümlədən uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərək bildirib ki, bu sahədə ardıcıl işlər görülür, onlara müxtəlif sosial xidmətlər göstərilir, sağlamlıqlarının qayğısına qalınır, zəruri sosial məsələləri həll olunur. Həmçinin, ahıllarımız belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər. Suraxanıda yaşayan ahıl sakinlər ziyarət olunduSuraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə Beynəlxalq Ahıllar Günü münasibətilə bir qrup ahıl ziyarət olunub. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova və əməkdaşlar Qaraçuxur qəsəbəsində yaşayan 95 yaşlı əmək və müharibə veteranı Tağıyeva Tamara İbrahim qızını ziyarət edilblər. Görüş zamanı RİH başçısının müavini Könül xanım Axundova bildirdi ki, ahıllara qayğı və ehtiram ölkəmizdə aparılan sosial siyasətin mühüm istiqamətlərindən biridir. Ölkə başçımız cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiqlənən Dövlət Proqramları ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımların atılmasına imkan verib. Tamara Tağıyeva və onun ailə üzvləri qocaman sakinimizin yaşadığı illərlə bağlı öz xatirələrini bölüşüb, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildiriblər. Həmçinin, səmimi söhbət zamanı ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığı bildirilərək göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər. 1 Oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü Suraxanı rayonunda qeyd olunubİlk öncə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Rasim Kazımov, eləcə də rayon Prokurorluğunun əməkdaşları, RİHB-nin müavinləri və şöbə müdirləri ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Suraxanı Rayon Prokurorluğunun inzibati binasında baş tutan tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun prokurorluq işçilərini peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaranmasının 104-cü ildönümü münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. O, bildirmişdir ki, bu il prokurorluq işçiləri peşə bayramlarını əlamətdar bir dövrdə-Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki Zəfərinin ikinci ildönümü ərəfəsində qeyd edirlər. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyasına uyğun olaraq Prezident cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilən ardıcıl və sistemli islahatlar, idarəetmə mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsi ilə müşayiət olunan müdrik və səmərəli dövlət idarəçiliyi, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə, onun davamlı və dayanıqlı inkişafının təmin olunmasına, dövlətimizin qüdrətinin artmasına, xalqımızın əmin-amanlığının və rifah halının, vətəndaş həmrəyliyinin yüksəlməsinə zəmin yaradıb. Tədbirdə Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov və Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Rasim Kazımov Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Rayon Prokurorluğunun əməkdaşlarını təbrik edərək dövlətimizin tərəqqisi naminə onların gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulamış və bildirmişlər ki, prokurorluq işçiləri qanunun aliliyinin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov respublika prokurorluq orqanlarının cəmiyyətimizdəki rolu, bu orqanın tarixi keçmişi və müstəqillik illərində gördüyü işlər barədə tədbir iştirakçıları qarşısında məruzə edib. O, çıxışında dövlət başçısı cənab İlham Əliyev tərəfindən prokurorluq işçilərinə göstərilən qayğını minnətdarlıqla qeyd edib, bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğulayıb. Bildirilib ki, Suraxanı rayon prokurorluğunun işçiləri rayonda qanunçuluğun bərqərar olunmasında, qanunun aliliyinin qorunmasında, əhali arasında hüquqi təbliğatın aparmasında mütəmadi tədbirlər həyata keçirirlər. Tədbirin sonunda Rayon Prokurorluğunun bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunub. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz, Yeni Suraxanı qəsəbə sakini Kərimov Allahverdi İlyas oğlunu ziyarət edibGörüş zamanı RİH başçısı Allahverdi Kərimovun səhhəti ilə maraqlanaraq onu narahat edən məsələləri öyrənib, problemlərini dinləyib. Hərbi qulluqçumuz göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib. Вернуться назад |