Главная > Gündəm / Cəmiyyət > MİRİİB sədri Zamin Zeynal: Virtual məkanda informasiya cəmiyyətinin inkişafına olan TƏLƏBAT ARTIB+ ARAŞDIRMA

MİRİİB sədri Zamin Zeynal: Virtual məkanda informasiya cəmiyyətinin inkişafına olan TƏLƏBAT ARTIB+ ARAŞDIRMA


30-09-2022, 11:04. Разместил: admin
























Qloballaşan dünyada informasiya cəmiyyətinin YERİ VƏ ROLU
Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da XXI əsrin əvvəllərində müasir informasiya texnologiyaları artıq cəmiyyətin inkişafının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrini əhatə edərək, bütövlükdə cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Hazırki dövrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin zehni və elmi potensialının, mövcud sosial-iqtisadi problemlərin həllinin, demokratiyanın inkişafının əsas göstəricilərindən hesab olunur. “İnformasiya cəmiyyəti”nin formalaşması prosesi inkişaf etmiş ölkələrin təcrübəsindən göründüyü kimi, çox mürəkkəb və çoxşaxəli bir prosesdir və bu prosesin uğurla həyata keçirilməsi cəmiyyətin hər bir üzvünün informasiya texnologiyalarının gündəlik həyatımızda əhəmiyyətini necə dərk etməsindən və ondan necə istifadə etməsindən birbaşa asılıdır. Məhz buna görə də, bu gün “informasiya cəmiyyəti”nin formalaşdırılması əksər dövlətlərdə strateji məsələ kimi qarşıya qoyulmuş və müasir informasiya texnologiyalarının cəmiyyətə inteqrasiyasının səviyyəsi ölkənin iqtisadi və mədəni inkişaf dərəcəsini əks etdirən əsas amilə çevrilmişdir.
Azərbaycanda “informasiya cəmiyyəti” qurulması istiqamətində görülən işlərin təməli ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” ilə qoyulmuşdur və bu Strategiyanın əsas məqsədi “informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir.”
Bu gün virtual məkanda İKT-nin sürətli inkişafı, sosial şəbəkələrin, geniş texniki imkanlara malik mobil telefonların həyatımıza daxil olması informasiya cəmiyyətinin inkişafını şərtləndirir.Bu bir rallıqdır ki, qloballaşan dünyada yalnız İnformasiya cəmiyyətini inkişaf etdirməklə virtual məkanda olan problemlərin müsbət həllinə nail olmaq olar.
Yaşadığımız müasir cəmiyyətin formasiyalaşmış cəmiyyət adlansa da bir çox mütəxəssislərin fikrinə görə, bu cəmiyyətdə iki mərhələyə postsənayeləşmiş cəmiyyətə və tam informasiyalaşmış cəmiyyətə bölünür. Sənayeləşmiş cəmiyyətə keçid elmi-texniki inqilabın baş verməsinin nəticəsidir. XX əsrin sonu cəmiyyətin inkişafının informasiyalaşma mərhələsinə daxil olması ilə xarakterizə olunur. Bu mərhələ postsənayeləşmə dövrü adlandırılır. Cəmiyyətin keyfiyyətcə yeni inkişaf mərhələsi başlayır ki, onun da məğzi praktiki olaraq bütün sferalarda informasiya və onun ən yüksək forması olan elmi biliklərin mənimsənilməsi və geniş miqyaslı istifadəsindən ibarətdir.
Dünya ölkələrinin müxtəlif inkişaf səviyyələri. texniki təminatda fərqlər, cəmiyyətin informasiya resurslarından istifadə qabliyyəti və imkanları. İnformasiya texnologiyalarının inkişaf səviyyəsi və əhalinin bu sahəyə aid vasitələrlə təmini və s. Yalnız dünyanın bir sıra inkişaf etmiş ölkələri, ABŞ, Yaponiya, Qərbi Avropa ölkələri informasiyalaşmış cəmiyyətin qurulmasının yuxarı mərhələsindədir. Başqa tərəfdən dünyanın əksər ölkələrində İnternetin, kompüterdən istifadənin aşağı səviyyəsi, dövlət idarəetməsi və hakimiyyətin idarə edilməsində olan çatışmamazlıqlar informasiyalaşmış cəmiyyətə keçidi ləngidir.
Postsənaye mərhələsinin inkişaf edərək tam informasiyalaşmış cəmiyyətə keçidinin əsas şərtlərindən biri, informasiya texnologiyaları sahəsi mütəxəssislərinin daha çox olması, bilyin ön cərgəyə çəkilməsi, demokratik cəmiyyətin formalaşması, insan amilinin yaradıcılığına və elmi qabliyyətinə görə qiymətləndirilərək irəli çəkilməsidir. Postsənaye cəmiyyətində informasiyanın həlledici rolu artdıqca. əldə olunan nəticələrdə onun payı çoxaldıqca, yeni məhsulun və sahələrin yaradılmasının, tədqiqi və qiymətləndirilməsinin məhz informasiya. Verilənlər və biliklərə nəzərən aparılması sonda informasiyalaşmış cəmiyyətin bərqərar olmasına şərait yaradacaq.
İnformasiyalaşmış cəmiyyətin xarakterik xüsusiyyəti onun informasiya mübadiləsinə əsaslanmasıdır. Müasir telekommunikasiya vasitələrindən istifadə edildiyindən bu cür mübadilə daha qısa müddətdə həyata keçirilir. Yaranmaqda olan informasiyalaşmış cəmiyyətin əsasını informasiya resursları təşkil edir.
Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir İKT (İnformasiya kommunikasiya texnologiyaları, Information and Communication Technologies)-informasiyanın əldə edilməsi, emalı, saxlanması və ötürülməsi məqsədilə proqram-texniki vəsaitlərin, istehsalat proseslərinin və metodlarının yığımıdır. İKT-yə aiddir İnformasiya prosesləri-hər-hansı nəticə əldə etmək məqsədilə informasiya üzərində aparılan əməliyyatlar ardıcıllığı yığımıdır. Əsas informasiya proseslərinə aiddir: informasiyanın axtarışı, seçimi, yaradılması, saxlanması, ötürülməsi, kodlaşdırılması, emalı və qorunması. Kodlaşma-bir əlifbanın simvollarının digər əlifbanın simvolları ilə əvəz olunması, ictimai həyatın informasiyalaşdırılması prosesi kimi reallaşır.İnformasiya cəmiyyəti (İC) quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi, bütövlükdə ictimai həyatın demokratikləşməsi ücün güclü vasitədir. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.
Müasir “informasiya cəmiyyəti” məkanından asılı olmayaraq, bütün insanların hərtərəfli informasiya və müxtəlif bilik növlərinə olan tələbatlarının ödənilməsini, insanlar arasında mövcud olan kommunikasiya mühitinin inkişafını, ən son məlumatların qısa zaman kəsiyində ictimaiyyətə çatdırılmasını nəzərdə tutur.
Zamin Zeynal
Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri


Вернуться назад