Главная > Gündəm / Cəmiyyət > Qanunsuz küçə ticarəti ilə bağlı problem həll olundu
Qanunsuz küçə ticarəti ilə bağlı problem həll olundu21-09-2022, 01:22. Разместил: admin |
Şəhərin hansı səmtini gəzirsən, hansı küçəni dönürsən, görürsən ki, yaşlı bir kişi və ya qadın, bunlar olmasa, çəlimsiz bir gənc, ya da daha betəri – məktəbə getməli olduğu yaşda adamların kölgəsinə çevrilərək arxasınca gedən bir uşaq nəsə satmağa çalışır. Heç bilmirsən, gördüklərindən pis olasan, yoxsa lap pis olasan. Söhbət şəhərdə baş alıb gedən hər yana yayılan qeyri-qanuni ticarətdən gedir. Bu ciddi məsələ ilə bağlı 102xeber.az saytının Təsisçisi Baş Redaktoru Ruslan Həsənov Qanunsuz küçə ticarəti ilə bağlı Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət etmişdir. Məsələ araşdırılıdıqdan sonra dərhal Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi əməkdaşları Qanunsuz küçə ticarəti ilə bağlı problemi həll etmişdilər. 102xeber.az saytının Təsisçisi Baş Redaktoru Ruslan Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin kollektivinə və Sabunçu rayon Polis İdarəsinin başda rəisi olmaqla, idarə heyyətinə öz minnətdarlığını bildirib. Вернуться назад |