Главная > Gündəm / Cəmiyyət > AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib

AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib


7-09-2022, 18:01. Разместил: admin


Sentyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) 9-cu Qurultayı keçirilib.

Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib.
Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.

Qurultay haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.


Вернуться назад