Главная > Gündəm / Cəmiyyət > Şəhid Həmidağa Hüseynzadənin anım günü qeyd olunub
Şəhid Həmidağa Hüseynzadənin anım günü qeyd olunub13-08-2022, 21:55. Разместил: admin |
Müasir Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Ali Hərbi Məktəbin yetirməsi olan yüzlərlə peşəkar zabitin müstəsna xidmətləri vardır. Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu hərbi təhsil ocağının yetirmələri respublikamızın ərazi bütövlüyünün qorunması və bərpasında fəal iştirak edib. Onlar həm Birinci Qarabağ, həm də İkinci Qarabağ – Vətən müharibəsində bütün cəbhələrdə əsl qəhrəmanlıq, igidlik nümunələri göstərərək Azərbaycanın şanlı hərb tarixinə parlaq səhifələr yazıblar. Bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbin yetirməsi olan, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, “Qarabağ” ordenli, eləcə də Vətən müharibəsində hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucalan igidlərin sıralarında şəhid kapitan Hüseynzadə Həmidağa Bağı oğlunun cənnətdəki 2-ci doğum günü qeyd olundu. Azərbaycan Ordusunun nümunəvi zabitlərindən biri kimi üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib. Həmidağa Hüseynzadə Vətənə xidmət peşəsini – zabitlik peşəsini seçən silahdaşları kimi böyük arzularla yaşayırdı. Kəlbəcər uğrunda döyüşlərdə cavan ömrü yarıyolda qırılsa da, bütün şəhidlərimiz kimi onun da qanı yerdə qalmadı, arzuları həyata keçdi, intiqamı döyüş meydanında alındı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyümüzü bərpa etdi, düşməni torpaqlarımızdan qovdu”. Şəhid kapitan Həmidağa Hüseynzadə ad günündə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, ailə üzvləri, Nəsimi RİH-nin başçısı Asif Əsgərov, Yasamal RİH başçısının 1-ci müavini, Abşeron RİH-nin başçısı Abidin Fərzəliyev, “Qayğıya Ehtiyacı olan və Əlillərə Dəstək” İB-nin sədri Yasəmən Qəyyumlu, “AZTV”, “Xezetv.info”-nun baş redaktoru Fərid Faiqoğlu, “Ulusestv.az” internet televiziyasının baş redaktoru Şamil Cəfər, “Millitv”-nin əməkdaşları və digər KİV nümayəndələri, incəsənət xadimləri, təhsil aldığı bağça və məktəb direktorları, natiqlər, xüsusi təyinatlı təhsil müəssisələrinin, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri İkinci Şəhidlər xiyabanına gələrək şəhid Həmidağa Hüseynzadənin məzarını ziyarət edib, qarşısına Müdafiə Nazirliyinin adından çələng qoyublar. Sonra iştirakçılara “Gold Baku” Palacda ehsan süfrəsi verilmişdir. Natiqlər məclisdə çıxış edərək şəhidin qısa, lakin hər bir gənc üçün örnək olan həyat və döyüş yolu barədə ətraflı məlumat verib, Vətənə Həmid kimi igid oğul bəxş edən valideynlərə minnətdarlıqlar edildi. Şəhidin ruhuna Quran və dualar oxundu. Bir övladı yadigar qalan şəhid Həmidağa Hüseynzadənin xidmətləri də ölümündən sonra dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib və o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni, döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə bir çox medallarla təltif olunub. Şəhidlər xiyabanından başlanan tədbir sonda şəhidin “Yol ver dağlar, yol ver gedim Kəlbəcərə tələsirəm” adlı kitabın təqdimatı ilə sona çatdı. Fərid Səfərov (Faiqoğlu) AJB-nin üzvü Вернуться назад |