Главная > Gündəm / Cəmiyyət > Mahir Muradov: Dövlətin şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısı sistemli xarakter daşıyır

Mahir Muradov: Dövlətin şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısı sistemli xarakter daşıyır


12-08-2022, 15:24. Разместил: admin
Mahir Muradov: Qloballaşma şəraitində aparılan işlər milli-mənəvi dəyərlərin dünyaya inteqrasiyasına yollar açır


Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov -  “Ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu fikri qeyd edir ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. Dövlət hər bir vətəndaşının yanında olduğunu atdığı addımları ilə təsdiqləyir. Vətəndaş məmnunluğunun artırılmasının prioritetliyi bütün məqamları özündə ehtiva edir. Təkcə 2022-ci il üçün təqdim edilən ilk sosial paketdə əksini tapan Prezident Fərman və Sərəmcamlarına, onların davamı olaraq imzalalanan sənədlərə diqqət yetirmək kifayətdir. Azərbaycan postmünaqişə dövrünün reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması ilə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımları ilə diqqətdədir”.

Həyata keçirilən sosial siyasətin əsas tərkib hissələrindən biri Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, əlillərə xüsusi diqqətin göstərilməsidir: “Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Avqustun 2-də Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verildi. Belə ki, Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanıldı. Qeyd edək ki, bu Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir”.

Bu kateqoriyadan olan insanlara diqqət və qayğı hər bir vətəndaşın borcudur: “Hazırda harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsinin, xalqımızın yenilməzliyinin, məğrurluğunun bir daha təsdiqinin qürurunu yaşayır. Bu Zəfəri bizə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna daim minnətdarlığımızı ifadə edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, sağlamlığını itirmiş Vətən övladlarına şəfa diləyirik”.

Mahir Muradov dövlətin şəhid ailələrinə və müharibə əlillərinə qayğısı əsasında bu statistik rəqəmə də diqqəti yönəldərək bildirib ki, ümumilikdə Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib: “Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən bu kateqoriyadan olan vətəndaşlara diqqət və qayğısını əsirgəmir. Mənzil və avtomobil təminatı ilə yanaşı, reabilitasiya mərkəzləri yaradılıb və ən müasir texnologiyalarla təchiz ediliblər. Şəhid ailələri, müharibə əlilləri, veteranlar üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanların fəal işə cəlb edilməsi üçün mühüm işlər görülür”.

Şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılmasının daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzində olduğunu önə çəkən Mahir Muradov vurğulayıb ki, Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi, digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər: “Dövlət başçısı İlham Əliyevin 2020-ci ilin dekabrında imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman da deyilənlərin təsdiqidir. Məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi idi. İki ilə yaxın dövrdə Fondun vəsaitləri hesabına qeyd edilən istiqamətlərdə görülən işlərin miqyası genişdir”.

“Bütün bu addımlar göstərir ki, dövlətimizin şəhid ailələrinə, müharibə iştirakçılarına dəstəyi sistemli xarakter daşıyır” . Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi diqqət və qayğısını əks etdirən növbəti sosial dəstək proqramı Azərbaycanın sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir.

Вернуться назад