Главная > Gündəm / Cəmiyyət / Sosial > QHT rəhbəri daha bir ilkə imza ataraq dəstək proqramı layihəsini həyata keçirib
QHT rəhbəri daha bir ilkə imza ataraq dəstək proqramı layihəsini həyata keçirib6-08-2022, 20:29. Разместил: admin |
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi ilə Qaradağ rayon icra hakimiyyəti və Qaradağ rayon Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə "Gəlin onları qoruyaq" devizi altında " Şəhid ailələri, Vətən müharibəsi əlilləri, veteranlar və müharibə iştirakçılarının psixoloji problemlərinin həllinə dəstək proqramı" na uyğun olaraq psixoloji maarifləndirmə və motivasiya xarakterli görüş keçirilib. Motivasiya və maarifləndirmə xarakterli görüşdə Qaradağ rayon icra hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək'İctimai Birliyin sədri Yasəmən Qəyyumlu, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Leyla Nəcəfova, Millət Vəkili Razı Nurullayev, tanınmış psixoloqlar Aytən Ələkbərova, Əli Nağıyev, Nuranə Cəfərova, Nuriyyə Vidadiqızı, Nigar Məmmədova və digər rəsmilər şəhid ailələri, Vətən müharibəsi əlilləri və veteranların psixoloji problemlərinin dinlənilməsində aktivlik göstərək motivasiyası və maarifləndirici ruhda çıxış ediblər. Ümumilikdə, "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək ' İctimai Birliyi, Qaradağ rayon İcra Hakimiyyəti və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı və əməkdaşlığı çərçivəsində keçirilən bu görüşün əsas prinsipi Ölkə başçısı cənab İlham Əliyevin Şəhid ailələrinə Vətən müharibəsi əlillərinə, veteranlara göstərilən diqqət və qayğı yönümlü uğurlu siyasəti davam etdirmək, onlara psixoloji problemlərinin həllində yardımçı olmaqdır. "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək"İctimai Birliyin sədri Yasəmən Qəyyumlu çıxışında vurğulayıb ki, sosial siyasətə psixoloji dəstək olaraq, motivasiya və maarifləndirmə xarakterli görüşlərimiz mütəmadi olaraq, gələcəkdə də davam etdiriləcək. Tədbirin sonunda Dəstək proqramı layihəsinin iştirakçıları olan psixoloqlara təşkilat tərəfindən sertifikatlar verilib. Fərid Faiqoğlu AJB-nin üzvü Вернуться назад |