Главная > Gündəm / Bölgə > Daşkəsən Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Daşkəsən Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

2-08-2022, 10:00. Разместил: admin
Əhəd_Abıyev.jpg

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA MƏŞĞULLUĞA KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB

2022-07-29_130017.jpg

Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib.
RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, RİHB-nin müavini Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Gəncə-Daşkəsən regional  Məşğulluq  Filialının, rayon Polis şöbəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun, Daşkəsən rayon Statistika  idarəsinin, Daşkəsən rayonu üzrə Maliyyə şöbəsinin, Daşkəsən rayon Gənclər və İdman idarəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin Daşkəsən rayon şöbəsinin, ƏƏSMN-yi tabeliyində DSMF-u publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsinin, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Monitorinq şöbəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə -Daşkəsən regional şöbəsinin, Dövlət  İdarələri  və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının və Daşkəsən rayon bələdiyyələr şurasının rəhbər və məsul işçiləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov iclası giriş sözü ilə  açaraq rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verərək, əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayonda məqsədyönlü işlərin görüldüyünü, yeni iş yerlərinin yaradıldığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasının səmərəliliyinin təmin olunması məqsədilə görülən işlər barədə tədbir iştirakçılarını məlumatdırıb.
İclas iştirakçılarının nəzərinə çatdırılmışdır ki, RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclasının əsas məqsədi rayon ərazisində işsizliyin qarşısının alınması, əmək bazarında gərginliyin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssisələrində işaxtaran və işsiz vətəndaşların ilk növbədə məşğulluq problemlərinin səmərəli həll edilməsidir.
İclasda mövzu ilə bağlı komitə üzvləri tərəfindən fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iş planı və tədbirlərin keçirilməsi qrafiki təsdiq olunub.
 
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA  MƏŞĞULLUĞA  KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA  MƏŞĞULLUĞA  KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA  MƏŞĞULLUĞA  KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA  MƏŞĞULLUĞA  KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA  MƏŞĞULLUĞA  KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA  MƏŞĞULLUĞA  KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA  MƏŞĞULLUĞA  KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA  MƏŞĞULLUĞA  KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB

DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN VƏKİLOVUN AD GÜNÜ QEYD OLUNUB

2022-07-28_135721.jpg

Daşkəsənin Vətən müharibəsi şəhidi baş əsgər Vəkilov Elməddin Nizami oğlunun Daşkəsən Şəhidlər Xiyabanındakı məzarı önündə və evində keçirilən 34-cü ad günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, rayon prokuroru Şahin İmanov, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, Qafqaz Müsəlmanlar İdarəsini Qazilər Şurasının üzvləri Hacı Surxay Məmmədli və  Hacı Sədi Axundzadə, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Şəhidin yaxınları, ağsaqqallar, rayonun şəhid anaları, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi yad edilib, məzarına gül-çiçək düzülüb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib, 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan şəhidlərimizin və qazilərimizin, həmçinin Şəhid Elməddin Vəkilovun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan söz açıb. İcra başçısı Əhəd Abıyev bu şanlı qələbəni bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını vurğulayıb, parlaq tarixi zəfərimizin müəllifi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi Daşkəsən rayonundan da 32 nəfər igid Vətən oğlunun müqəddəs şəhidlik zirvəsinə ucaldığını, ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş baş əsgər Elməddin Vəlikovun uca şəhidlik məqamına yüksəldiyini deyib.  Əhəd Abıyev istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, o cümlədən daşkəsənlilərin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib.
Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının Daşkəsən rayonunda bundan sonra da  yüksək səviyyədə davam etdiriləcəyini deyən Əhəd Abıyev çıxışının sonunda daşkəsənlilər adından dövlət rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Digər çıxış edənlər də Şəhid Elməddin Vəkilovun şərəfli ömür yolundan danışıblar. Qeyd ediblər  ki,  o, uzun illər MAXE əsgər kimi ordu sıralarında şərəfli hərbi xidmət yolu keçib. Elməddin Vəkilov Vətən müharibəsində göstərdiyi  şücaətləri ilə xüsusən fərqlənib. Bir sıra döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində, parlaq qələbələrin qazanılmasında yaxından iştirak edib, şəxsi igidlik nümunələri göstərib. Elməddin Vəkilov Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən şiddətli ağır döyüşlərdə qəhrəmancasına müqəddəs şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin anası Nərgiz Vəkilova  da çıxış edərək hər zaman ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
 
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN VƏKİLOVUN AD GÜNÜ QEYD OLUNUB
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN VƏKİLOVUN AD GÜNÜ QEYD OLUNUB
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN VƏKİLOVUN AD GÜNÜ QEYD OLUNUB
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN VƏKİLOVUN AD GÜNÜ QEYD OLUNUB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV GURBULAQ KƏNDİNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB

2022-07-28_135245.jpg

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev vətəndaşların növbəti səyyar qəbulunu Gurbulaq kəndində keçirib. Qəbulda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Çıxış edən icra başçısı Əhəd Abıyev yerlərdə keçirilən vətəndaş qəbullarının möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq davam etdirildiyini diqqətə çatdırıb. Əhəd Abıyev sakinlərlə keçirilən bugünkü səyyar görüşün də əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etməyə, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.  
İcra başçısı Əhəd Abıyev vurğulayıb ki, ötən dövrlərdə Gurbulaq kəndinin elektrik, su, yol ilə bağlı sosial problemlərinin aradan qaldırılmasına dair bir sıra işlər görülmüş və kəndin 40 şagird yerlik modul tipli yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Əhalinin məşğulluğunun artırılması istiqamətində davamlı iş aparılmışdır.
Sonra kənd sakinlərinin müraciətlərini dinləyən Əhəd Abıyev qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verib.
Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də baxılması üçün nəzarətə götürülüb.
Gurbulaq kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

Вернуться назад