Главная > Gündəm / Hadisə > Kürdəmirin icra başçısı həbs edildi — YENİLƏNİB
Kürdəmirin icra başçısı həbs edildi — YENİLƏNİB20-08-2020, 15:31. Разместил: admin |
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib. APA-nın məlumatına görə, Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. *** Kürdəmirin icra başçısı Ceyhun Cəfərov məhkəməyə gətirilib. APA-nın məlumatına görə, bu gün Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılacaq. *** Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərova irəli sürülən ittihamlar məlum olub. "Ölkə.Az" “Report”a istinadən xəbər verir ki, C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir. Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Əməliyyat zamanı icra başçısı ilə yanaşı, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanıldığı bildirilir. Вернуться назад |