Главная > Gündəm > Azərbaycan ordusunun bəzi bölmələri karantinə nəzarətə cəlb edildi — RƏSMİ
Azərbaycan ordusunun bəzi bölmələri karantinə nəzarətə cəlb edildi — RƏSMİ3-07-2020, 13:47. Разместил: admin |
Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb ediləcək. Bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub. Qeyd edilib ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər. Вернуться назад |