Главная > Gündəm / Cəmiyyət > Arzu Rzayev: Azərbaycan-Türkiyə birliyi sarsılmazdır
Arzu Rzayev: Azərbaycan-Türkiyə birliyi sarsılmazdır3-06-2022, 00:30. Разместил: admin |
Kürdəmir RPŞ-nin rəisi Arzu Rzayev - Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının növbəti numunəsidir. Festival Azərbaycanda keçirilməklə, beynəlxalq tədbir statusu almış oldu. Azərbaycan və Türkiyə Prezidentlərinin festivalda çıxış etmələri isə ölkələrimizin dostluq-qardaşlıq münasibətlərinin bütün dünyaya növbəti dəfə nümayiş etdirilməsi kimi qiymətləndirilə bilər. Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq hər zaman bir-birinin yanındadır. Xalqlarımızın eyni soy-kökə məxsus olması dövlətlərimiz arasında mövcud olan əlaqələrin sarsılmazlığını təmin edir. Qardaş Türkiyə Resbublikası İkinci Qarabağ müharibəsi zamanı hər an Azərbaycanın yanında olduğunu bəyan etdi və bu xalqımız üçün əlavə güc, mənəvi-siyasi dəstək oldu. Qədirbilən xalqımız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözlərini heç zaman unutmayacaq. Müharibədən sonra Bakıda keçirilən Zəfər paradında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti cənab İlham Əliyevlə yanaşı dayanması bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin nümayişi idi. 15 iyun tarixində imzalanan Şuşa Bəyannnaməsi ilə münasibətlər özünün ali zirvəsinə-rəsmən müttəfiqlik zirvəsinə ucaldı. “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalında çıxış edərkən Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha bəyan etdi ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Ölkələrimiz beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan müstəqil siyasət yürüdən bir ölkədir. Dövlət siyasətində prioritet xalqın və dövlətin milli maraqlarının müdafiə olunmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirdiyi kimi festivalında dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, ölkəmizdə yaxşı tanınan, düşmənlərimizə qan udduran məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktar kimi türk dünyasının böyük oğullarının Azərbaycana bir araya gəlməsi əlamətdar hadisədir. Gənc nəsil bu cür vətənpərvər şəxslərdən mütləq örnək götürməlidirlər. “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalında çıxış edən Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, müharibə dövründə olduğu kimi, sülh dövründə də Türkiyə Azərbaycanın yanındadır. Bu iki ölkə arasında olan qardaşlıq münasibətlərinin növbəti numunəsidir. Bu münasibətlərin qədim tarixi kökləri mövcuddur. Ölkələrimiz çətin gündə də, xoş gündə də bir-birinin yanında olub, bir-birinə dəstək verib. Cənab Ərdoğan bəyan etdi ki, Türkiyə fəal şəkildə regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün dəstək göstərəcəkdir. Bu gün əsas hədəf dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir. Вернуться назад |