Главная > Gündəm / Mədəniyyət > Gözəl insan, xeyriyyəçi, Axund Alişanov Fəxri Fəyyaz oğlu
Gözəl insan, xeyriyyəçi, Axund Alişanov Fəxri Fəyyaz oğlu25-04-2022, 13:31. Разместил: admin |
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur. Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi, Axund Alişanov Fəxri Fəyyaz oğlunun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Alişanov Fəxri Fəyyaz oğludur. Masallı Rayonun Qasımlı kəndindən uşaq vaxtlarımdan dinlə məğul olmuşam. Əvvələr rəssamlıqla da məşğul olurdum. 12 yaşımdan namaz qılıram, oruc tuturam. İslam Universitetini bitirdikdən sonra Meddahliq edirəm və Axund olaraq, fəaliyyətimdə var, eyni zamanda səsimə görə, bir çox ölkələrdə, məclislərdə oxuyuram. ALLAH müvəffəq etsin. Alişanov Fəxri Fəyyaz oğlu qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Alişanov Fəxri Fəyyaz oğlu səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Karantin dövründə də sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Alişanov Fəxri Fəyyaz oğluna biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq. Вернуться назад |