Главная > Gündəm / Bölgə > Şəkidə nələr baş verir? Tarixi və dini inanc yerləri qızıl axtaranlar tərəfindən niyə dağıdılır?!

Şəkidə nələr baş verir? Tarixi və dini inanc yerləri qızıl axtaranlar tərəfindən niyə dağıdılır?!


14-01-2022, 13:48. Разместил: admin


Şəki rayonunun bir qrup sakinin adından ictimai fəal Fuad Muradov ölkə rəhbərliyinə Müraciət ünvanlayıb. Sənədin surətini saytımıza və mediaya, eləcə də sosial şəbəkələrə yollayan sakinlərin xahişini nəzərə alıb Müraciətin mətnini təqdim edirik.
Azərbaycan Respublikasının Prezidentti, möhtərəm İlham Əliyev cənablarına.
Surəti:
Azərbaycan Respublikasının Vitse-Prezident, xanım Mehriban Əliyevaya,
Prezident Administrasiyasının Aparat rəhbəri, cənab Samir Nuriyevə,
Azərbaycan Respublikasının Baş Prokuroru, cənab Kamran Əliyevə,
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, cənabƏli Nağıyevə,
Azərbaycan Respublikasının Daxili İşlər Naziri, cənab Vilayət Eyvazova.
Əziz həmvətənlər, əziz xalqımız, Sizə ictimai-mədəni əhəmiyyətli bir məlumat verəcəyəm. Həmin məlumat əvvəllər etdiyim çıxışlarımı tam təsdiqləyir. Rayonlarda icra başçıları xalqı Prezidentə qarşı narazı salır demişdim. Bütün dediklərimi təsdiq edən şok məlumat.
Bugünkü çıxışımda söhbət Şəkidən İcra başçısından, polis rəisindən, prokurordan, icra nümayəndəsindən gedəcək.
Şəkinin Cumakəndində yerləşən “Babaratma” (Pir Baba) ziyarətgahında qanunsuz qazıntı işləri aparılıb. Qazıntı işləri ilə məşğul olan goreşənlərin əsas məqsədi ziyarətgahın altında qızıl olması və həmin qızılı çıxarmaq olub.
Sakinlərdən və kütləvi sosial mediadan aldığım məlumata görə, Cumakənd kənd icra nümayəndəsi Mustafa Əliyev ziyarətgahın nəzarətçisi və Şəki rayon rəhbərliyinin himayəsi altında, əlbir olaraq, pandemiya dövründən istifadə edərək, ərazidə qazıntı aparıblar. Hazırda ziyarətgah bağlıdır, ora heç kəs buraxılmır. Kənddə və rayonda dolaşan söz-söhbətlərə görə prosesə rayon icra hakimiyyəti başçısı, yerli polislər də qoşulub.
Məlumatın həqiqətəuyğun olduğunu təsdiq edən faktlar haqqında deyək:
Şəki rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elman İmamverdiyev sözügedən məsələdən xəbərsiz olduqlarını və bu barədə hər hansı məlumat eşitmədiklərini bildirib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə:
  • Şəki rayonu, Babaratma kəndində yerləşən türbədə qanunsuz qazıntı işləri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə ünvanlanlanmış elektron müraciətə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılmışdır.
    Qeyd olunan türbə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (İnventar №-4984 ) dövlət qeydiyyatına alınmışdır.
    Türbəyə baxış keçirilən zaman abidənin ərazisində qanunsuz qazıntı işləri aparılması faktı aşkar edilmiş və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən hüquq mühafizə orqanına müraciət edilmişdir.
Hüquq mühafizə orqanından verilən məlumatla sizi tanış edim:
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildiriblər ki, qazıntını aparan Namiq Şahmalıyevdir və o, saxlanılıb.
Daha sonra DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, “Əvvəllər orada abadlıq işləri aparan Namiq Şahmalıyev barədə də məlumat vermişdik. Qadına qarşı dələduzluq etmişdi və ziyarətgahda qazıntı işləri aparması faktı ilə barəsində cinayət işi açılmışdı. Artıq o da yekunlaşıb və iş məhkəməyə göndərilib.
Kənd sakinləri tədbir görülməsi haqda cənab Prezidentə kollektiv şəklidə 47 imza ilə şikayət ərizəsi yollayıblar. İcra nümayəndəsi şikayətə imza atanları təhdid edib, tələb edib ki şikayətlərindən imtina etsinlər. Əks təqdirdə rayon polis idarəsi, icra baçısı onun adamı oldğunu bildirən icra nümayəndəsi Mustafa Əliyev lazım gələrsə istədiyi tədbiri onlara qarşı edə biləcəyini deyib.
Buna cavab olaraq polis baş leytenantı Mahir Məsimov bildirib:
Şəki Şəhər Rayon Polis Şöbəsində onların kimsə tərəfindən təhdid olunmaları ilə bağlı hər hansısa bir müraciət yoxdur:
Kimsə kimisə hər hansısa bir yolla təhdid edirsə, əgər əsaslı şikayəti varsa, müraciət edə bilər”.
Bu necə yanaşmadır. Şikayətçilər mətbuata məlumat verirlər, cənab Prezidentə şikayət edirlər, araşdırılması üçün bu əsas deyilmi?
“Babaratma” Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, buradakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir. Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dədə Mürsəl Şeyx Babarta idi. “Babarta” “Baba ribat” sözünün təhrif olunmuş şəklidir.
Türbə binasının divarında ərəbcə bu sözlər yazılıb: “Babaratma kəndindən olan və ziyarətgahda yaşayan Molla Abdullah ibn Molla Abdulmuttəlib Hz Muhammədin hicrətindən sonra 1100 ilində bərpa etdirdi və öz əli qəbrini qazdı”.
Rəvayətə görə, Babaratma babagil 3 qardaş olublar. Birinci Şeyx Babaratma baba bu kənddə yaşayıb, digəri Böyük Qafqaz sıra dağlarının orta yamaclarında, adı da Şeyx Kaplan babadır. Üçüncüsü isə, Dağıstan Respublikasının Axtı rayonunun ərazisində yaşamış Şabruz babadır. Şeyx Babaratma babanın burda məskunlaşma dövrü, daş kitabələrə əsasən, təxminən 400 il əvvələ gedib çıxır. Bu gün də onun haqqında çoxlu rəvayətlər və əfsanələr dolaşır.
“Elxan Usubov və onun komandası həmin bu türbənin alt bünövrə hissəsindən başlayaraq, bir neçə səmtə lağım ataraq qızıl axtarıblar. Türbə bir neçə yerdən zədə alıb. Hazırda sökülmə və uçmaq təhlükəsi ilə üzləşib. Xalqımızın inanc yeri olan “Babaratma” ziyarətgahını öz vəzifə səlahiyyətlərindən istifadə edərək yararsız hala salmış Mustafa Əliyevin və onun himayədarlarının çirkin əməllərinin araşdırılması üçün müvafiq tapşırığın verilməsini xahiş edirik”, – deyə kənd sakinlərinin hüquq mühafizə orqanlarına müraciətində qeyd olunur.
Polis baş leytenantı Mahir Məsimov bildirib məscidin yarasız hala düşməsinə, məscidin çat verməsinə belə münasibət bildirib:
“Çat məsələsi ilə bağlı isə digər aidiyyatı qurum tərəfindən bizə müraciət olunmalıdı. Elə bir hal varsa, yerində akt tərtib olunmalı və materialları bizə göndərməlidirlər”.
Bu baş leytenant yəqin ya özü axmaqdır, ya da şikayətçiləri axmaq yerinə qoyur. Ay BAŞ leytenant özünüzün başı işləmir heç olmasa bu xalqı ələ salma. Sizə deyilir məscidin uçma təhlükəsi var.
Bəs siz cinayət işini necə aparmısınız? Ekspertiza təyin etməmisiniz???!!!
Bir adamı həbs etmisiniz, deyirsiniz, Özünüz inanırsınızmı dediyiniz yalana? İstəyirsiniz camaat inansın? Sizə deyilir 3 metr dərinliyində quyu qazılıb 2 metr eni 10 metr uzunluğunda. Sonra qəbirin altına lağım atılıb. İstintaq eksperimenti deyilən bir şey var, ay qanmaz baş leytenant. Həmin istintaq eksperimentini təyin edin görək bir adam həmin ölçülərdə oranı qaza birərmi? Sənin təhsilin nədir ay bala, nə özünü ələ sal, nə də bu camaatı qanmaz yerinə qoy, get qoyununu otar. Göstərilən bütün adamlar istintaqa cəlb olunmalıdır. Qanuni qərar qəbul edilməlidir. Mustafa Əliyev, Sahə müvəkkili dərhal həbs edilməlidir.
Bir Aydan çox orada işləyiblər. Sənin rəhbərliyin goreşənlərin təhlükəsizliyini təmin edib. Ziyarətin yanında sizin maşınlarda əməkdaşlarınız qaravulluq ediblər. Heç kəsi ziyarətə buraxmayıblar. Orada olmağınız məncə, təkcə qaravulluğunu çəkmək üçün yox, həm də goreşənlərin qızıl tapılarsa sizə atmaması da ola bilər.
Bir də təkrar dirəm: Şəki rayonu Cumakənd icra nümayəndəsi Mustafa Əliyev, kənd sahə müvəkkilinin basciligı ilə pandemiya vaxtında, ziyarətgahların bağlı olmasından isdifadə edərək, Ziyarətgahın mollasını və Sumqayıtdan gətirilən işçiləri səfərbər edərək, Pir Babanın qəbrini dağıdıb altından qızıl axtarıblar. Deyilənə görə oradan hətta qızıl da tapıb aparıblar.
Ermənilər bizim tarixi abidələrimizi dağıdıb məhv etdikləri kimi bunlar da öz vəzifə səlahiyyətlərindən istifadə edərək mədəniyyət nazirliyinin balansında olan tarixi abidəni qazıb dağıdıblar.
Bəlkə bu yaramazların da ermənilərlə qohumluq əlaqəsi var? Müvafiq qurumların, təcili şəkildə bu barbarlara qarşı ən sərt şəkildə tədbir görməsi üçün işə cənab Prezidentin qarışmasını xahiş edirik.
Belə deyək ki xırda məmurların rayon icra başçısının, polis rəisinin, iştirakı olmadan belə özbaşına goreşənlik hərəkətini heç kəs edə bilməzdi. Belə barbar hərəkətləri ilə məmurlar xalqımızda Prezidentimizə qarşı narazılıq yaradır. Ona görə də, Cənab Prezident, bu cinayətin çox ciddi şəkildə araşdırılması üçün şəxsi nəzarətinizə götürmənizi xahiş edirik. Şəki rayon hüquq mühafizə orqanları bu cinayətin açılmasında maraqlı olmadıqlarını nəzərə alaraq, Türbənin Mədəniyyət nazirliyi tərəfindən qorunduğunu, ziyarətgahın QMİ nin birbaşa nəzarətində olduğunu nəzərə alaraq araşdırılması üçün hüquq mühafizə orqanlarının mərkəzi aparatına yönləndirilməsi gərəkdir.
Vikipediyadan Pir haqqında qısa məlumat alaq:
“Murdarçayın (Əyriçayın qolu) sahilində, Alazan-Həftəran vadisindədir. Kəndin yaxınlığında Babaratma piri var. Bu pirə bəzən Pirbaba da deyirlər. Rəvayətə görə, pir ərəb işğalları dövründə (VII əsr) yerli əhali ilə vuruşmada öldürülmüş ərəb sərkərdəsi Babarutənin qəbridir. Oykonimin ikinci komponenti irətmə variantında yerli dialektdə “kəlağayı toxunan yer, emalatxana” mənasında işlənir. Məlumdur ki, Şəki ta qədimdən özünün qiymətli ipəyi və kəlağayısı ilə məşhurdur
Şəki şəhəri Babaratma kəndindəki eyniadlı pir kompleksinə məqbərə, məscidlər və qəbiristanlıq daxildir. Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, buradakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir (h. 1005 / m. 1596-1597). Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dədə Mürsəl Şeyx Babarta idi. «Babarta» «Baba ribat» sözünün təhrif olunmuş şəklidir. Mənası «хаnəgаһ şeyxi» deməkdir.
Türbə binasının divarında ərəbcə bu sözlər yazılıb : “Babaratma kəndindən olan və ziyarətgahda yaşayan Molla Abdullah ibn Molla Abdulmuttəlib Hz Muhammədin hicrətindən sonra 1100 ilində bərpa etdirdi və öz əli qəbrini qazdı” (1688-1689)
Qeyd edək ki Pir Zaqatala – Yevlax yolunun Şəkidən keçən 366-ci km-i, Şəkinin girişindən 21 km sonra, Əyriçay su anbarı ilə üzbəüz, Suvagil kənd yolundan 1,3 km içəridə yerləşir”
Goreşən məmular və molla tərəfindən öz şəxsi mənfəəti üçün belə bir tarixi abıdınin dağıntısına yol açan qazıntılar yolverilməzdir
İndi kənddə camaat and yerini dəyişib. Əvvəl and içəndə “Pir Baba haqqı” deyərdilər. Mustafa Pir Babanı qazdığına görə, deyirlər o Pir Babanı gətirib həyətində basdırıb. Ona görə də indi and içəndə “Mustafanın həyəti haqqı” deyirlər
Kənd camaatı Ziyarətgahın dağıdılmasında günahları olan hər kəsin cəzalandırılması üçün axıradək mübarizə aparacaqlarını bildirirlər və həmin barbarların dininin islam olmasına şübhə edirlər.
Ona görə də camaat fırıldaqçı ilə mübahisə edərək onun səviyyəsinə enməyə qorxur, başa düşürlər ki Mustafa onları öz üsulları ilə məhv edər.
Kənddə 70 sot boş torpaq sahəsi var idi. Bir soydaşımız oranı Cumakənd bələdiyyəsindən icarəyə götürüb şəhidləriin xatirəsinə orada park salmaq, həmin ərazinin 10-15 sotluq yerində köhnə məscid binasını da uçurub, təzə məscid tikib kənd camaatının ixtiyarına vermək istəyirdi.
Müqəddəs hesab etdilən ziyarətgahı qızıl üçün qazdıran bir dələduz, goreşəndən insanlarımızın rifahı üçün, dövlətimiz üçün, Prezidentimiz üçün nə isə edəcəyini düşünmək əbləhlikdir.
Ona görə də həyatını Ulu Öndərimiz Heydər Əliyevin, Prezidentimiz, müzəffər Ali baş komandanımız İlham Əliyevin təbliğinə həsr edən soydaşımız həmin torpağı icarəyə götürməkdən imtina etdi
Həmin torpaq sahəsini icarəyə götürməkdə soydaşımızın əsas məqsədi bütün kənd camaatının qazanması idi. Şəhidlərin ruhunu şad etmək idi. Demə, Goreşənin şəxsi marağı şəhidlərin ruhundan daha yüksək imiş.
Şəki İcra hakimiyyətin başcısı Elxan Usubov təkcə ziyarətgaha yox, pul gətirəsi nə varsa hər şeyə əl atıb. Hər şeyi dağıdıb töküb. Belə ki kəndin ətrafında çoxillik və cavan çinar ağacları var idi. Bu ağaclar kəndin təbiətlə harmoniyasına xüsusi gözəllik verirdi. Həmin ağaclar havanın təmizlənməsi, güclü küləklərin qarşısını alması funksiyasını yerinə yetirirdi. Ekologiyanın sabit saxlanması rolunu oynayırdı. Mustafa Əliyev, heç bir icazəsi olmadan, “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə həmin ağacları gözdən uzaq olanları dibindən, görünənləri isə bir az yuxarıdan kəsdirib yeşikdüzəldən iş adamlarına satıb. Musafanın atası Musa vaxtı ilə bir vedrə almaya görə kənddə 3 nəfər cavan oğlanı həbs etdirmişdi. İndi başa düşülür ki bunlar müsəlman yox, qeyri dinin, qeyri irqin nümayəndələri ola bilər. Yoxsa bu xalqa qarşı onlarda belə münasibət olmaz. Ermənilər, Qarabağ onların olmadığının fərqinə vararaq vandallıq edərək bütün evləri darmadağın etdikləri kimi icra nümayəndəsi Mustafa da Cumakəndi darmadağın edib. Deyirlər ot kökü üstdə bitər. Beləliliklə Satqınlıq, işverənlik Musafada irsidir. Damarında Azərbaycanlı qanı axan kəs öz xalqına, öz yurduna, öz tarixinə, öz təbiətinə qarşı belə nifrətlə yanaşmaz, belə vəhşilik etməz. Mustafa ancaq sağlam ağacları kəsib. Videodan da göründüyü kimi çürük ağaclar heç bir işə yaramadığına görə kəsməyib, budayıb yarasız edib. Adətən qoyun yatağına girən canavar bir qoyunu yeyəcəyi halda bütün yatağı param parça edir. Mustafa da canavar kimi sağlam ağacları kəsdirib satmaq üçün, çürük ağacları isə budayıb. Maraqlısı budur ki ağaclar kəsildikcə, budandıqca Ekologiya və təbii sərvətlər nazirliyi də bu vandalizmin qarşısının alınması üçün heç bir tədbir görməyib.
Çox şikayətlər ediləndən sonra Ekologiya və təbii sərvətlər nazirliyi 14 ağacın kəsildiyi iddiası ilə akt yazdı. İşi hüquq mühafizə orqanlarına verdilər. Hüquq mühafizə orqanları deyilənə görə onları 9500 manat cərimələdi.
Axı bu goreşən Mustafa 14 ədəd yox, yüzlərlə ağac kəsdirib. Mustafa kənddəki icra nümayəndəsi idarəsinin həyətindəki bütün ağacları kəsib. Təkcə orada 50 dən çox ağac olub.
yeşikdüzəldən iş adamlarına satıb. Musafa satqın və işverən olduğuna görə kəndin camaatı ondan qorxur. Onun atası Musa vaxtı ilə bir vedrə almaya görə kənddə 3 nəfər cavan oğlanı həbs etdirmişdi. Belə deməyə əsas yaranır ki ki bunlar türk yox, qeyri millətin nümayəndələridir. Yoxsa bu xalqa qarşı onlarda belə münasibət olmaz. Ermənilər, Qarabağ onların olmadığının fərqinə vararaq vandallıq edərək bütün evləri darmadağın etdikləri kimi icra nümayəndəsi Mustafa da müdafiəçiləri ilə birlikdə Cumakəndi darmadağın edib. Deyirlər ot kökü üstdə bitər. Satqınlıq, işverənlik, barbarlıq Musafada irsidir.
Damarında Azərbaycanlı qanı axan kəs öz xalqına, öz yurduna, öz tarixinə, öz təbiətinə qarşı belə nifrətlə yanaşmaz, belə vəhşilik etməz.
Fuad Muradov, ictimai fəal
Redakaiyadan. Qarşı tərəfin mövqeyini gözləyir və böyük məmnuniyyətlə təqdim edərik.


Вернуться назад