Главная > Gündəm / Cəmiyyət > İlham Çıraqov rəhbərlik etdiyi təhsil ocağının “çırağını söndürüb”- MÜDHİŞ RƏZALƏT
İlham Çıraqov rəhbərlik etdiyi təhsil ocağının “çırağını söndürüb”- MÜDHİŞ RƏZALƏT30-12-2021, 13:06. Разместил: admin |
Qohum-əqrəbasından ətrafına “çin səddi” çəkən bu şəxs, Çıraqlı məktəbində “mini rüşvət” kompaniyasının çiçəklənməsinə lazımi şərait də yaradıb Laçın Rayon Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən bəzi məktəblərdə, ələlxüsus rayonun Çiraqlı kənd tam orta məktəbində yaşanan biabırçılıqların, hər cür anarxiyanın, özbaşınalığın və s. varlığı, bu gün də dillər əzbərinə çevrilməkdədir. İndiyə kimi respublikamızda təhsil sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə əsaslı islahat proqramlarının həyata keçirilməsinə baxmayaraq, hələ də İlham Çıraqovun rəhbərlik etdiyi bu təhsil ocağında yaşanan problemlərin həddi-hüdudu bilinmir. Qeyd edək ki, indiyə kimi bu məktəbdə lazımi tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsi səbəbindən, bu təhsil ocağında hər cür anarxiya hökm sürməkdə davam edir. Bir sözlə, hal-hazırda İlham Çıraqov rəhbərlik etdiyi bu təhsil müəssisəsinin “çırağını söndürmək”lə məşğul olur. Yəni, bu şəxs cavabdehlik daşıdığı məktəbdə təhsilin inkişafı, yaxud da bu sahəyə aid problemlərinin həlli ilə deyil, birbaşa inhisarçılıqla, talançılıqla və s. kimi işlərlə məşğul olduğu üçün, o, bu yöndə atdığı addımları sanki özü üçün şərəf bilir. O da hər kəsə məlumdur ki, 03 oktyabr 2017-ci il tarixdə ABŞ-ın maliyyə dəstəyi ilə Abşeron rayonunun Masazır qəsəbəsində Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkünlər üçün yeni məktəb binası inşa olunur. Məktəbin açılışında ABŞ-nın Azərbaycandakı səfiri Robert Sekuta, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsinin müdiri Qurban Sadıqov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və digər rəsmi şəxslər iştirak edirlər. Məsələnin düşündürücü tərəfi odur ki, dünyanın ən nüfuzlu dövlətinin maliyyə dəstəyi sayəsində inşa olunan bu təhsil ocağını, hal-hazırda İlham Çıraqov sanki “kolxoz bazarı”na çevirib. Bundan əlavə o, görülən hər bir yaxşı işi öz adı ilə bağlamağa çalışır. Yəni, İlham Çıraqov orda-burda “Bu məktəbi mən inşa etdirmişəm” deyə, daim belə bir təbliğatını həyata keçirir. O halda sual oluna bilər ki, görəsən “Ağa nəzərəm, belə gəzərəm” prinsipini əsas tutmaqla “bədnam idarəçiliyini” həyata keçirən bu şəxsdə, məktəb inşa etdirmək üçün lazımi məbləğdə pul olubmu? Olubsa o, həmin pulu necə əldə edib? Hələ bu azmış kimi rəhbərlik etdiyi təhsil müəssisəsinin “çırağını söndürmək”lə məşğul olan İlham Çıraqov, müəyyən çevrələrdə belə bir təbliğat da həyata keçirir ki, ulu öndər Heydər Əliyev birinci dəfə hakimiyyətdə olarkən guya onun atası Laçında Çıraqlı məktəbini öz pulu ilə inşa etdirib. Hal-hazırda bu şəxs etdiyi giley-güzarından heç də əl çəkmir və bildirir ki, əmək haqlarımız vaxtlı-vaxtında verilmir, hətta iki-üç aylarla gecikdirilir. Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, direktor vəzifəsini daşıyan bu şəxsin etdiyi giley-guzarın heç bir əsası yoxdur. Yəni, digər təhsil müəssisələrində olduğu kimi, Çiraqlı kənd tam orta məktəbində çalışan müəllimlərin də əmək haqları vaxtlı-vaxtında verilir. Elə ki, əmək haqlarınızın gecikdirilməsi ilə bağlı RİH başçısının məlumatı varmı deyə İlham Çıraqova sual etdik, o halda o, “Başçı öz işləri ilə məşğul olur, o, heç bir halda bizi düşünmür” deməyi də unutmadı. Redaksiyamıza çatdırılan məlumatlara görə direktor İlham Çıraqov, Abşeron rayonunun Masazır qəsəbəsində özəl kurs açıb və bu şəxsin həmin məktəbdə müəllim işləyən həyat yoldaşı, məktəb şagirdlərinin tam əksəriyyətini həmin kursa getməyə təhrik edir. Yəqin ki, belə bir təhriketmənin müəyyən incəlikləri, əksəriyyətə bəlli olan tərəfləri var. Bu təhsil müəssisəsində yaşanan əsas biabırçılıqlardan biri də, müəllimlərdən bəzilərinin məktəbə qəribə geyim formalarında, hətta “sportivnı” şalvarlarda gəlmələri olur. Çiraqlı kənd tam orta məktəbində belə bir hallar yaşansa da, bu təhsil ocağına rəhbərlik edən İlham Çıraqov, hələ də baş verənləri kənardan seyr etməklə, bir növ yaşananlara kənardan mikroskopla baxmaq qərarındadır. Bundan əlavə, məktəbdə karantin qaydalarının pozulması da, sanki adi məişət məsələlərindən birinə çevrilib. Elə ki, bu kimi məsələ və problemlərlə bağlı Laçın RTŞ-nin müdiri Nicat müəllimi məlumatlandırdıq, o halda o, hər bir problemin araşdırılacağını, bu haqda redaksiyamıza lazımi məlumatların veriləcəyini vəd versə də, təəssüflər olsun ki, bu heç də belə olmadı. Yəni əldə etdiyimiz müəyyən məlumatlara görə, indiyə kimi bu yöndə heç bir araşdırma işləri aparılmır. Elə ki, baş verənlərlə bağlı Laçın RİH başçısının köməkçisi Elşən müəllimi də məlumatlandırdıq, bu şəxs isə baş verənlərlə bağlı icra başçısını məlumatlandıracağını, problemlərin araşdırılacağını vəd versə də, sonradan "biz icra hakimiyyəti olaraq bu işlərə qarışa bilmirik, bu məsələlərlə təhsil nazirliyi cavabdehdir"- deyərək işini bitmiş hesab etdi. Biz isə redaksiya olaraq Laçın rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin diqqətinə çatdirmaq istərdik ki, istər ulu öndər Heydər Əliyevin istərsə də indiki ölkə rəhbərinin gördükləri işi öz adına çıxaraq onların fəaliyyətinə kölgə salmağa çalışan İlham Çıraqovun əməllərini araşdırmaq onların da vəzifəsidir. Direktor İlham Çıraqovun qol qoyduğu “bic və kal əməllər”dən biri də, ABŞ-ın maliyyə yardımı ilə inşa olunan yeni məktəb binasının yanındakı köhnə məktəb binasına məxsus bir neçə otaqları kosmetik yollarla təzə etdirməsidir. Bu haqda redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Çıraqov soyadını daşıyan bu şəxs köhnə məktəbdə birbirinə bitişik olan bir neçə otağın ilk əvvəl üst hissəsini götürtdürür, az sonra sökülmüş materiallarla həmin otaqların üst hissəsini bağlatdırır, daha sonra isə divarları rənglətdirir. O, belə bir addımlarını atır və rəsmi sənədlərdə isə, həmin otaqlar yenidən inşa olunmuş deyə rəsmləşdirilir. Bəli, İlham Çıraqov belə bir yollarla büdcə vəsaitlərini ələ keçirib mənimsəməyi bacarır. Bundan əlavə, yaxın qohum-əqrəbasından ətrafına “çin səddi” çəkən bu şəxs, Çıraqlı məktəbində “mini rüşvət” kompaniyasının çiçəklənməsinə lazımi şərait də yaradıb. Deməli, İlham Çıraqovun belə bir addımlarını atmaqda xüsusi planı var ki, bu da son anda onun maddi maraqlarının təmin olunması ilə nəticələnir. Amma, bu şəxs onu da unudur ki, yaxın vaxtlarda cənab Emin Əmrullayev ona “dur” deyə bilər və bununla da Çiraqlı kənd tam orta məktəbinə rəhbərlik edən bu şəxsin gələcək karyerasına birdəfəlik son qoyular. Qeyd edək ki, bu yazı yayımlanmazdan öncə Çiraqlı kənd tam orta məktəbində yaşanan biabırçılıqlarla bağlı, direktor Ilham Çıraqovdan münasibət öyrənmək müşkül məsələyə çevrilsə də, RTŞ-nin müdiri Nicat Həsənovun problemlərin varlığına münasibəti, bizi şoka saldı. Çünki, o, əməkdaşımızla söhbəti zamanı bu yazını çap etməməyimizi xahiş edərək-"yaxşı deyil, yazmayın, onsuz da nazir Emin Əmrullayev İlham Çıraqovun qələmini qırıb, yazıq adamdır, mən istəməzdim ki, belə bir yazı yayımlansın, ictimaiyyət baş verənlərlə bağlı məlumatlı olsun. Bu şəxsin iş fəaliyyətində onsuzda qüsurlar çox olduğundan, cənab nazir onu üç-dörd gün ərzində işindən uzaqlaşdıracaq, siz də şahid olacaqsınız” dedi. RTŞ müdirinin belə bir açıqlama verməyinin qəribə tərəfi budur ki, özünün də etiraf etdiyi kimi əgər həqiqətən də İlham Çıraqov uzun zamandan bəri bu qədər nöqsanlarla işləyirsə bəs nə üçün hörmətli Nicat müəllim bütün bu olanlara göz yumub?. Bir də, heç cür başa düşə bilmədik ki, təhsil naziri cənab Emin Əmrullayevin verəcəyi qərarlarla bağlı məlumatları bir neçə gün öncədən təhsil şöbəsinin müdiri necə əldə edir ki, hətta imzalanmamış bu qərarları mətbuata da açıqlayır? Nicat Həsənov Bundan əlavə, RTŞ müdirinin belə bir davaranışının varlığı onu da sübut etməyə əsas verir ki, bu şəxs İlham Çıraqova “krışa”lıq edir və “krışa”lıq etməkdə də maraqlıdır. Yəni, hal-hazırda Nicat Həsənova belə bir kadrlar lazımdır ki, həmin şəxslər Azərbaycan təhsilini məhv etsinlər, hər ay büdcə vəsailərini tarmar etsinlər və əldə etdikləri gəlirləri birlikdə mənimsəsinlər. Odur ki, ... Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. P.S. Hörmətli oxucular! Növbəti yazılarımızda Çiraqlı kənd tam orta məktəbinə rəhbərlik edən İlham Çıraqovun təhsil siyasətimizə kölgə salmasından, bu təhsil ocağını hansı şəxslərin köməyi ilə “kolxoz bazarı”na çevirməsindən, dövlət qurumlarını sərrast “top atəşi”nə tutmasından və s. bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. XəbərTv.info Вернуться назад |