Главная > Gündəm / Cəmiyyət > Fuad Hacıyev: Azərbaycan xalqı öz rəhbərini sevir və onu dəstəkləyir

Fuad Hacıyev: Azərbaycan xalqı öz rəhbərini sevir və onu dəstəkləyir


27-12-2021, 11:36. Разместил: admin
Fuad Hacıyev: Azərbaycan xalqı öz rəhbərini sevir və onu dəstəkləyir



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev -İlham Heydər oğlu Əliyev...bu ad milyonlarla insana çox əziz və doğmadır.

Dünyada çox az insan,dövlət xadimi,rəhbər var ki,İlham Əliyev kimi xalqı tərəfindən sevilsin, dəstəkləsin.Dünyaya göz açdığı ailə, tərbiyə aldığı mühit,aldığı təhsil,xalqına vicdanla xidməti məhz onu bu cür sevilən və inamlı etmişdir.İlham Əliyevin daha bir xoşbəxtliyi onun Ulu öndər Heydər Əliyevin ailəsində doğulmasi, Heydər Əliyev məktəbini keçməsi olmuşdur.Atalar düz deyir ki,ot öz kökü üstə bitər. Bəli,özünün qeyd etdiyi kimi o, həmişə bu məsuliyyəti dərk etmiş və ata nəsihətini yerinə yetirməyə çalışmış və bu gün də şərəf və uğurla yerinə yetirir.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Onun həyatının hər bir mərhələsi Azərbaycan xalqına, onun çiçəklənməsinə ,inkişafına,onun tanınmasına xidmət edir.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.İndiki vaxta qədər xidmətlərinə görə İlham Əliyev həm dövlətimiz, həm də xarici dövlətlər tərəfindən orden və medallarla,fəxri adlarla təltif olunmuşdur.Ancaq onun ən böyük təltifi xalq sevgisidir.Azərbaycan xalqı öz ləyaqətli oğluna bütün varlığı ilə inanır, ona etibar edir və onu həmeşə dəstəkləyir.Bu inam və etibarın birlyindən 28 ildən sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağ ermənilərdən azad oldu.

Bu gün hər bir azərbaycanlının evində İlham Əliyev adı çox doğma və əzizdir. Hər kəs onu özünə arxa-dayaq bilir. Kübar, savadlı, ziyalı, bacarıqlı, gözəl nitqə malik olan prezidentimiz apardığı uzaqgörən siyasəti, qətiyyətli addımları,inamlı mövqeyi ilə hər zaman qeyri-adi qərarlar verərək xalqımızın müqəddəratı üçün mövqeyini nümayiş etdirir. Biz qalib prezidentimizi dəstəkləyir, ona güvənir, onun hər an yanında olduğumuzu bildiririk.
 
Вернуться назад