Ali dərəcəli cərrah tibb xidməti mayoru Abdullayev Miryaqub Yəhya oğlu
Qarabağda Fizuli rayonunda anadan olmuşdur. Qarabağ müharibəsinin ilk günlərindən cərrah pıçağını silaha çevirərək mənfur ermənilər tərəfindən yaralanan əsgərlərimizə yüksək səviyyədə cərrahi yardım göstərərək onların tezliklə sağalaraq cəbhəyə qayıtmalarına nail olmuşdur. 1992-ci ildən öz xahişi ilə Müdafiyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edərək həqiqi hərbi xidmətə başlamış, N- saylı hərbi xidmətin tibb rotasının N saylı korpusun tibb batalyonunda aparıcı cərrah tibb bölüyünyn komandiri, tibb xidmətinin mayoru kimi 2000-ci ilə dək Qarabağ müharibəsi dövründə minlərlə yaralı əsgər hərbiçilərə, mülki yaralılara vijdanla cərrahi köməkliyini əsirgəməmişdir.
Ordudan təxris olunduqdan sonra doğma Fizuli torpaqlarında 6-il həmyerlilərinə qaçqın vəziyyətdə olan insanlara təmənasız yardım göstərmişdir. 2006-cı ildən cərrahi fəliyətini Bakı Dəmir yolu xəstəxanasında davam etdirmiş, hazırda Loğman klinikasında fəaliyyət göstərir.
Ikinci Qarabağ döyüşləri başladığı gündən Mərkəzi Hərbi Qospitalda və müxtəlif tibb müəsələrində yaralı əsgərlərimizə cərrahi yardımını əsirgəməmişdir.
Tarixən bizim qələbələrimiz çox olub. Sözsüz ki, müasir dövrdə artıq, belə bir mürəkkəb və ziddiyyətli bir dövrdə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyəti qat-qat çoxdur. Çünki 30 il ərazilərinin işğal olunması faktı ilə barışmayan Azərbaycan nəhayət ötən il sentyabrın 27-də, özü də birbaşa olaraq Ermənistan tərəfindən hərbi təxribatlara cavab olaraq əks əməliyyatlara keçdi və 44 gün ərzində elə bir gün olmadı ki, Ermənistan silahlı qüvvələri, daha doğrusu, Ermənistanın təcavüzkar qüvvələri yuvasına qədər başı əzilə-əzilə qovulmasın.Bu qələbənin tarixi əhəmiyyəti ondadır ki, ən azı neçə onilliklər bundan sonra Azərbaycan erməni faşizminin başını və quyruğunu elə kəsib ki, o inkişaf eləməsin. Amma sözsüz ki, geosiyasi proseslərdə hər şey daimi deyil. Gələcəkdə kimlərsə, hansısa oyunbazlıqlar kontekstində, yəni yenidən erməni təcavüzünün, erməni faşizminin baş qaldırmasına cəhd göstərsələr, Azərbaycanın dəmir yumruğu həmişə hazırdır.
Ermənistanın ərazi iddialarını heç kim dəstəkləmək istəmir. Niyə istəmirlər bunu? Çünki, Azərbaycan göstərdi ki, həmişə Ermənistanın bu iştahasının qarşısını alacaq, onun dişinin üstündən vurub geri qaytaracaq. Yəni, ola bilər ki, bu gec, ya tez ola bilər, amma gec-tez bu baş verəcək. Baxın, Azərbaycanın tarixi qələbəsinin əhəmiyyəti bundadır. Yəni, Azərbaycan hamıya, həm Ermənistana, həm Ermənistanın havadarlarına, həm bu regionda müxtəlif geosiyasi maraqları olan dövlətlərin hamısına göstərdi ki, heç vaxt onlar düşünməsinlər ki, Azərbaycan sakitçiliklə, rahatçılıqla oturub torpaqlarının itirilməsinə və ərazilərinin işğalına sakit baxacaq. Gec-tez bunlar bu cavabı alacaqlar. Amma gec olanda daha güc olacaq.
Ruslan Həsənov
Təsisçi və baş redaktor