» » İşində yorulmaz rəhbər - Atəş Rüstəmov

İşində yorulmaz rəhbər - Atəş Rüstəmov


Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbərdir .Bu şəxs kimidir?

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Respublika “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

“Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.


“Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov - 2020-ci ilin noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında birgə hərbi əməliyyatların dayandırılması və sülh prosesinin təmin olunması, gücləndirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutan bəyanat imzalanmışdı. Bu bəyanatla Ermənistan kapitulyasiya etdi, eyni zamanda sülhyaratma missiyası ilə bağlı Rusiya da müəyyən öhdəliklər götürdü. Lakin bu gün Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirdiyi halda Ermənistan havadarlarına güvənməklə məsuliyyətini tam yerinə yetirmir. Ermənistan həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarının maddələrinə sadiqlik nümayiş etdirmir, özünü revanşist tərəf kimi aparır.

Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması sonda onun kapitulyasiyası ilə nəticələndi. 44 günlük Vətən müharibəsindən sonra isə revanşizm niyyətləri 60-dan artıq erməni terrorçusunun əsir götürülməsi ilə başa çatdı. Yəni, Ermənistan anlamalıdır ki, Azərbaycan hər nə qədər sülh tərəfdarı olsa da, müharibəyə də, təxribatların qarşısını almağa da hazırdır.

Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsi ilə bir daha Azərbaycanın sülh, əməkdaşlıq və tərəfdaşlıq mövqeyində olduğunu nümayiş etdirdi. Əslində, Azərbaycan bir qalib dövlət olaraq Ermənistanı sülhə məcbur etmək üçün fərqli yollara da əl ata bilər. Hətta Azərbaycanın bir neçə dəfə imkanı da var idi ki, yenidən “Dəmir yumruğunu” işə salsın. Amma Azərbaycan səbr edir, praqmatik dövlət olaraq addımlar atır, düşmənin, havadarlarının təxribatlarına baxmayaraq, bütün dünyaya sülh, əməkdaşlıq niyyətini göstərir. Əlbəttə ki, Ermənistan da bu fürsətdən istifadə etməlidir. Çünki Azərbaycanın sülh təklifi daimi, əbədi olaraq masa üzərində qalmaq üçün deyil. Ermənistan və havadarları da bilir ki, Qarabağla bağlı məsələnin “hərbi həlli yoxdur” tezisi işə yaramır. Azərbaycan artıq bunu sübut edib. Bir sözlə, Azərbaycan qalib dövlət olaraq sülh əlini uzadıb. Artıq seçim Ermənistanındır. Ermənistan rəhbərliyi Azərbaycanın sülh əlini tutsa, bölgəyə sabitlik gələcək. Yox, yenə də təxribatlara əl atsa, o zaman “Dəmir yumruq” işə düşəcək.
 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya