HAQQIN TƏLƏBİ
- 27-07-2021, 17:27
- Gündəm / Mədəniyyət
- 0
- 341
"Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək, problemlərini yerindəcə həll etməklə, peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir":
Cəbrayılov Pirməmməd Gülməmməd oğlu 24.02.1961-ci ildə Goycay rayonunun Kudsaban
kəndində doğulmuşdur.
Cəbrayılov Pirməmməd Gülməmməd oğlunun müraciəti:
"Ramil müəllimi şəxsən tanımasam da ona böyük hörmətim var. Əsas müraciətim ondan ibarətdir ki, mən ev istəyirəm. Uzun müddətdir ki, kirayələrdə yaşayıram. 2002-ci ildən kirayədə yaşayıram və "Yeni İctimai Nəzarət" Şurasının rəhbəri Ramin Şükürova öz minnətdarlığımı bildirirəm ki, belə bir təşkilatı yaradıb, belə bir şuranı yaradıb".
23.07.2021-ci ildə "Yeni İctimai Nəzarət" Şurasının Sədri Ramin müəllimin rəhbərliyi altında yaradılmış və Goycay rayonunun "Yeni İctimai Nəzarət" Şurasının sədri Cavid müəllim, "Yeni İctimai Nəzarət" Şurasının müavini, Milli Məclis Xəbər.az Xəbərlər Portalının Direktoru Mehman Eminov vətəndaşları dinləyirlər və Qazilərimizin, Şəhid ailələrinin, yoxsul təbəqəli insanların, çağırışına gedib, sosial problemlərinin həllində köməklik edirlər.
Artıq, bölgələrdə və rayonlarda problemləri olan vətəndaşların hüquqlarını bərpa etmək üçün aidiyyəti qurumlara şikayətlərini ünvanlarına çatdırılması üçün dəstək olaraq xalqımızın rifahı naminə yüksəlməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alınmaqla problemlərini yerindəcə həll edirlər.
Cəbrayılov Pirməmməd Gülməmməd oğlu 2006-cı ildən ev növbəsindədir. Sovetlər birliyində Çernobil hadisəsində iştirak edib. Ən yüksək doza alıb. 25 rengin şualanma deməkdir. Vətən üçün canından keçib, əlillik dərəcəsini alıb, ona görə də Yeni İctimai Nəzarət Şurası, Goycay təşkilatı olaraq biz bu günləri Ramil müəllimin göstərişi ilə problemləri ilə maraqlandıq, ərizəsini aldıq, rəsmi qeydiyyatdan keçirdik. Çalışıb, Çernobil əlili olan Cəbrayılov Pirməmməd Gülməmməd oğluna sosial probleminin həllinə əlimizdən gələn köməkliyi edəcəyik.
Yeni İctimai Nəzarət Şurasının Göyçay Təşkilatının 1-ci müavini və Milli Məclis Xəbər.az Xəbərlər Portalının Direktoru Mehman Eminov, İctimai Nəzarət olaraq hər zaman xalqın yanındayıq. Bizim nəzərimizdən heç nə yayınmır. Bu vətəndaş Çernopıl əlilidir. 2006-cı ildən ev növbəsindədir. Mənzillə bağlı, ona da mənzil verilmir.
Pirməmməd Gülməmməd oğlunun neçə illərdə kirayədə qaldığının şahidi olduq. Onun şikayəti evlə əlaqədardır. Neçə illərdir ev növbəsində olmasına baxmayaraq hələ də evlə təmin olunmayıb. Müraciətdə edib, Goycay rayon İcra Hakimiyyətinə eyni cavablar verilib, gözlə!
Göyçay rayon Təşkilatının "Yeni İctimai Nəzarət" Şurasının sədri Cavid müəllim. Çernobil əlili olan Cəbrayılov Pirməmməd
Gülməmməd oğlunun çağırışı ilə, onun şikayət ərizəsi ilə əlaqədar kirayədə qaldığı həyətdə görüşdük, özünün evi yoxdur. Bizim İctimai Nəzarət Şurasının rəhbəri, hörmətli Ramil Şükürov Cənabları bizə buyurub ki, hər zaman problemli ailələrin yanında olaq, Çernobıl əlillərin yanında olaq. Bəli bu gün biz burdayıq.
"Yeni İctimai Nəzarət" Birliyinin Goycay rayon Təşkilatı olaraq problemlərinizin həlli üçün əlimizdən gələni edəcəyik.
Axı nəyə görə bu kimin insanları incidirlər, onlara nəzarət edən, maraqlanan olmur. Bununla da vətəndaşlar hara, kimə şikayət edəcəklərini bilmirlər. Nəticədə göz qabağındadır, hələ də əziyyət hesabına, yaşayan, vətəndaşlar hüquqlarını bərpa edə bilmədikləri üçün narazı düşürlər. Nəticədə şikayətçi, hüquqları pozulmuş vətəndaşların haqqını yeyən, haqqına sahib olanlar işdən azad edilməsi haqqında sərəncam imzalayıb Ali Baş komandan İlham Əliyev Cənabları.
Bu da onu göstərir ki, şikayətlərlə bağlı tez bir zamanda tədbirlər görməliyik. Dövlət məmurları insanlara dəyər verməyən, onların haqq-ədaləti uğrunda mübarizə missiyasını birlikdə qeyd etməsinə nəzər salmayan, şikayətçilərin ərizəsinə laqeyd münasibət bildirərkən vətəndaşların hüquqlarını bərpa etmək əvəzinə onları inciməsinə yol verilməsin.
Şikayət məktublarına aylarla, illərlə gözləyir ki, onun şikayətinə baxılacaq və problemləri həll olunacaq. Həmin şikayətin həll
olunub-olunmaması haqqında heç bir tələb və yaxud da göstəriş verilmir. Bu da, vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxmasında böyük narazılıq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmasına gətirib çıxaracaq.
Biz hər zaman Ali Baş Komandan İlham Əliyev Cənablarının apardığı siyasətini bəyənirik. Hər zaman dövlətimizin yanında daimi sıx birləşərək dövlətimizin yanındayıq və xalqımızın xidmətindəyik.
"Yeni İctimai Nəzarət" Birliyinin Goycay rayon Təşkilatı olaraq problemlərinizin həlli üçün əlimizdən gələni edəcəyik.