» » Prezidentin nəzərinə! "Turan Klinikası"-nin rəhbəri Xalid Əliquliyevun qanunsuz əməlləri - “Burda mənəm, Bağdadda kor xəlifə”

Prezidentin nəzərinə! "Turan Klinikası"-nin rəhbəri Xalid Əliquliyevun qanunsuz əməlləri - “Burda mənəm, Bağdadda kor xəlifə”

Bakı şəhər sakini Ələkbərova Kamilə Moderator.az-a açıqlamasında “Turan” klinikasından şikayət edib. Şəhər sakini klinikada onu müayinə etdikdən sonra səhv diaqnoz qoyulduğunu bildirib:

“Mən indi xəstəyəm. Mənə lazım idi ki, zond udam, çünki iki ay müalicə olundum, həkim dedi ki, siz zond udmalısınız ki, müalicədən sonrakı fərqi görək. Biz Bakının Əhmədli qəsəbəsində yaşayırıq. Bilirsiniz ki, pandemiya dövrü olduğu üçün maddi vəziyyətimiz də yaxşı deyil. Mən də zond udmaq üçün “Turan” klinikasına getdim. İlk olaraq məni bir saat gözlətdirib dedilər ki, hələ həkim yoxdur. Sonra biz yuxarı mərtəbəyə qalxdıq, yenə yarım saat gözlədik və tibb bacısı çıxıb dedi ki, həkim 15 dəqiqədən sonra olacaq. On beş dəqiqədən sonra bir həkim gəldi və mənə zond uddurdu. Məsələ ondan ibarətdir ki, məndə on ildir ki, bel yırtığı var və bundan əziyyət çəkirəm, şiddətli ağrılarım olur. Bütün bunlara baxmayaraq həkim mənə dedi ki, sən sağlamsan. Sonradan biz bildik ki, bu həkim endoskopist yox, endokrinoloq imiş. Yəni klinika pul qazanmaq üçün öz həkimim olmasa da, yalnış həkimə göndərib. Bu müayinəyə altmış manat pul verdim. İndi başqa klinikaya müayinə üçün getməyə də pulum yoxdur. Klinika mənə deyir ki, ikinci dəfə endokrinoloqdan müayinədən keçmək üçün növbəti dəfə altmış manat ödəməlisən. Mən isə xahiş edirəm kömək edin, ya pulumu geri qaytarsınlar, ya da təyinatı üzrə məni dəqiq müayinə etsinlər”.

Məsələylə bağlı əməkdaşımız klinikayla əlaqə saxlayıb. Klinikadan vətəndaşının şikayətinin araşdırılıb aydınlaşdırılacağı bildirilib".
 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya