» » Eldar Quliyev: Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır

Eldar Quliyev: Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır



Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev - 2021-ci ilin fevral ayında Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumu Azərbaycan – Türkiyə iqtisadi əlaqələrinin gələcəkdə daha da genişləndirilməsindən xəbər verir. Belə ki, forumda vurğulanıb ki, yüksələn xətlə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. Pandemiyanın təsirləri səngidikdən sonra qarşılıqlı ticarət dövriyyəsinin sürətlə yüksələcəyi və dövlət başçılarının 2023-cu ilə qoyduğu 15 milyard dollar ticarət dövriyyəsi hədəfinə çatmaq üçün sıx əməkdaşlığın davam etdiriləcəyi bildirilib.

Son illər Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında turizm sektorunun böyük rolu olmuşdur. Dünya turizm sənayesində 3-cü və 4-cü yerləri bölüşən Türkiyənin turizm sahəsindəki təcrübələrinin Azərbaycana gətirilməsi ölkəmizdə bu sektorda beynəlxalq standartların tətbiq olunması, xidmətin keyfiyyətinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə vətəndaşları arasında vizasız və xarici pasportsuz səyahətlər ölkələr arasında əməkdaşlığın bütün sahələrdə inkişafına yeni təkan verəcək, ticarət dövriyyəsinin, sərmayə qoyuluşlarının, turist axınının artmasına müsbət təsir edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.

Qırx dörd günlük Vətən müharibəsində daim yanımızda olan Türkiyənin Qarabağın reinteqrasiyası və reabilitasiyasında, infrastruktur layihələrində, Füzuli-Şuşa arasındakı Zəfər yolu, Toğana-Kəlbəcəryolu, habelə Füzulidə tikiləcək hava limanının tikintisində fəal iştirakı gözlənilir.

Sonda qeyd edək ki, bütün təhlillər Türkiyənin Azərbaycanın digər sahələrdə olduğu kimi, iqtisadi sferada da başlıca tərəfdaşı olduğunu göstərir. Bu ölkələr arasında ildən-ilə artan iqtisadi əlaqələr onların biznes subyektləri üçün də yeni işgüzar imkanların açılmasını vəd edir.

Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də, region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərir. Mövcud potensialın dəyərləndirilməsi hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlılığı kimi məsələlərdə böyük səmərə qazandıra bilər.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya