» » Səyyaf Tağıyev: Qlobal pandemiyaya qarşı savaşda Azərbaycan reallığı

Səyyaf Tağıyev: Qlobal pandemiyaya qarşı savaşda Azərbaycan reallığı



Xaçmaz Rayon mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyev - Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışı zamanı Azərbaycan Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verdiyini deyib və bildirib ki, COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olub və onu uğurla keçirib.

Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcək. Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul edib. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.
 

Bu gün Qafqazda və regionda geosiyasi vəziyyət xeyli dəyişib. Azərbaycanın 30 ildən sonra işğal altında olan torpaqlarını azad etməsi və ötən ilin noyabr ayının 10-da məğlub Ermənistanın kapitulyasiya aktına imza atması regionda yeni reallıqlar yaradıb. Azərbaycan öz haqqını, şərtlərini və tələblərini irəli sürür, Ermənistan isə bütün bunlarla məcburi razılaşaraq əməl edir. Azərbaycanın tarixi qələbəsindən indiyədək siyasi platformada müxtəlif danışıqlar aparılır, görüşlər keçirilir. Regionda hər kəs, xüsusilə də məğlub Ermənistan güclü və qalib Azərbaycanla hesablaşır. 30 il uzun bir müddət ola bilər. Bu zaman trayektoriyası, tarixi qələbəmizi daha şanlı və unudulmaz etdi.

Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. 28 ildən çox idi ki, ərazilərimizin 20 faizi işğal edilmiş, 20 min vətən övladı şəhid olmuş, 1 milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmış kimi acı reallıqla üz-üzə qalmışdı. Bütün dünya bunu gördü. Onu da gördü ki, Ermənistan dünyanın ən mötəbər qurumu - BMT-nin Təhlükəsizlik Şurası 4 qətnaməyə əməl etmədi, ATƏT-in Minsk qrupu yaradıldığı gündən heç bir iş görmədi.

Ancaq 28 ildən çox çəkən bu acı reallıqlara 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən hərbi əməliyyatlar Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyev “Dəmir yumruq” siyasəti ilə erməni işğalına son qoyaraq, qondarma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimai fikrində yaranmış bütün stereotipləri və rəyləri darmadağın etdi! Azərbaycan xalqının, ordusunun qalib, məğrur, qürurlu olduğunu nümayiş etdirdi. Artıq bu gün yeni reallıqlar yaradan Azərbaycanla hesablaşırlar və Qali Sərkərdə bütün dünyanı yaratdığı yeni reallıqlarla barışmağa və hesablaşmağa çağırış edir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya