Şeyx Cavid - azərbaycanlı ilahiyyatçı-alim; Höccətül-islam vəl-müslimin, Əjdərbəy məscidinin axundu
- 28-04-2021, 11:45
- Gündəm
- 0
- 393
«Əjdər bəy» (Göy məscid) məscidinin axundu Şeyx Cavid hər zaman Vətən Müharibəsi şəhid ailələri və qaziləri müntəzəm olaraq ziyarət edir, onlara mənəvi maddi yardımlar göstərir.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, «Əjdər bəy» (Göy məscid) məscidinin axundu Şeyx Caviddir.
«Əjdər bəy» (Göy məscid) məscidinin axundu Şeyx Cavid peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şeyx Cavid bu işin müqəddəsliyini qoruyub saxlayır. Şeyx Cavid kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Məscidin tikilmə tarixi çox maraqlıdır.
Məscidin tikilməsi maraqlı təsadüf nəticəsində baş verib. Deyilənlərə görə, məscidin ilk adı İttifaq olub. Əjdər bəy Aşurbəyov məscidi tikdirərkən məramı belə olub ki, bura üz tutan şiələr və sünnilər heç bir maneə olmadan birlikdə namaz qılacaqlar. Bu ənənə bu günə qədər də qorunub saxlanılır. Maraqlıdır ki, Göy məscid bu günə qədər İslam dininin hər iki məzhəbindən olan müsəlmanların birlikdə namaz qıldıqları yeganə məkandır. El arasında məscidin bir neçə adla çağırılmasına gəlincə, bu da təsadüfi deyil. Günbəzinin rənginə görə, tikili el arasında Göy məscid adı ilə çağırılır. Əjdər bəy rəhmətə getdikdən sonra məscidə onun adı əlavə olunur.
Memarlıq üslubuna görə, məscid simvolik görünüşə malikdir. O, həm Kərbəladakı məscidi, həm Məkkədəki Kəbə evini xatırladır. Tikili inşa edilərkən müsəlman Şərqinə məxsus geniş memarlıq nümunələrinə diqqət yetirilib.
Digər müqəddəs yerlər kimi, Göy məscid də sovet hakimiyyəti illərində repressiya hədəfinə tuş gəlib. Elə tikilinin daxilində İslama zidd elementlərin vurulması buna bariz nümunədir. İkinci Dünya müharibəsi illərində məscid ibadət yeri kimi bağlanaraq başqa məqsədlərlə istifadə olunur. Yalnız müharibədən sonra döyüş iştirakçılarının, xüsusilə də Bakıda yaşayan müsəlman tatarların müraciətindən sonra məscid yenidən müsəlmanların ixtiyarına verilir.
«Əjdər bəy» (Göy məscid) məscidinin axundu Şeyx Cavid -