» » “BÖYÜK QAYIDIŞ”

“BÖYÜK QAYIDIŞ”



Mən, bu ifadənin tarixi kökünü 1993-cü ilin iyun ayının 15 – də Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin xalqımızın istəyi ilə Bakıya gəlməsi, onun yenidən hakimiyyətə qayıtması, rəhbərliyi dövründə, bu gün bizim əldə etdiyimiz nailiyyətlər üçün hələ o zaman Ulu Öndər Heydər Əliyevin səpdiyi toxumlarda görürəm. Bir lider kimi sükanı əlinə aldıqdan dərhal sonra, xatırlayıram, 1994-cü il idi, əks-hücum əməliyyatlarının icrası ilə işğal olunmuş torpaqlarımızın bir qisminin geri qaytarılması, rəqibin atəşkəsi imzalamağa məcbur edilməsi və bununla da bu gün var olan güclü Azərbaycanın, hansı ki, artıq “Qarabağını”geri alıb, yaranmasına daha da güclənməsinə şəraitin yaradılması, məhz Onun, Heydər Əlirza oğlu Əliyevin bizim həmişəyaşar liderimizin adı ilə bağlıdır. Budur, “Böyük Qayıdışın” ilk cücərtiləri.
20 sentyabr 1994 – cü il tarixində “Əsrin müqaviləsi” imzalanır. Tarixdə ilk dəfə bir dövlət-Azərbaycan, Heydər Əlirza oğlu Əliyevin rəhbərliyi ilə taktiki səviyyədə məğlub olmasına baxmayaraq strateji səviyyədə qələbə qazanır. Burada, bəlkə də kimlərinsə fikrindən yayınmış ola biləcək çox incə, lakin, Azərbaycan xalqı, azərbaycançılıq üçün əhəmiyyətinin hədd və hüdudu olmayan “Xalqının gələcək təhlükəsizliyinin əsrlər boyu təmin edilməsi” məsələsi üzərində dahiyanə bir qələbə qazanıldı. Təbii ki, bu ancaq  bir nəfərin, Ümummilli Liderimiz Heydər Əliyevin təyin etdiyi kursun nəticəsi ola bilərdi. Mənfur düşmənin “Dənizdən-dənizə böyük dövlət xülyası” nın əsil mənası Qara dənizdən Xəzər dənizinədək ərazini min bir pis fikirlər və siyasətlə ələ keçirmək, gələcəkdə (hansı ki, artıq bir çoxu reallaşdırılıb: TAP, TANAP, BTC, BTQ və s.) Şərq ilə Qərbi birləşdirən mühüm kommunikasiya xətləri üzərində yerləşmək, qlobal təhlükəsizlik kontekstində ərazisinin və bu ərazidəki xalqının təhlükəsizliyini təmin etmək idi. Yeni strateji səviyyədə yüz illər boyu planlaşdırılan məhz bu idi ki, Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin və Onun layiqli davamçısı, praqmatik, uzaqgörən və müzəffər Ali Baş Komandanımız, Cənab Prezidentimiz İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə nəinki bunun qarşısını almış oldu, hətta, bu strateji planı lehimizə çevirərək düşmən üzərində əsaslı qələbə və nailiyyətə  yiyələnmiş oldu. Məhz, mən bunu “Böyük Dönüş, Böyük Qayıdışın sütunu” kimi dəyərləndirirəm!
Hər dəfə bizim Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandanımız qeyd edir ki, biz sülh yolu ilə məsələnin həllini tapmasını istəyirik və bunun tərəfdarıyıq. Lakin, hərbi yol da istisna deyil. QARABAĞ hər bir halda Azərbaycanın ayrılmaz hissəsidir və biz onu geri almaq üçün hər bir yolu özümüzə haqq yolu kimi təyin etmişik. Uzun dövrlər bu mərhələyə hazırlıq getdi, bütün təşkilatlarla danışıqlar aparıldı, dünyanın ən çox üzv dövlətinin olduğu Birləşmiş Millətlər Təşkilatı səviyyəsində məsələyə baxıldı, dörd qətnamə qəbul edildi, lakin, məsələ həllini tapmadı. Sonda, mənfur düşmən dünyanın laqeydliyini görüb əldə etdiyi xain nailiyyəti daha da inkişaf etdirməyə, Azərbaycanın digər torpaqlarını da ələ keçirtməyə, işğal etməyə çalışdı. Bu dəfə Azərbaycan, Cənab Ali Baş Komandanının rəhbərliyi və uzun illər hazırlığı davam etdirilən öz hazırlıqlı, müasir standartlara cavab verən, müasir silahlanmaya malik ordusu ilə əks-hücum əməliyyatı keçirdi və nəticədə, işğal altında olan torpaqlarımızı azad etdi, öz doğma torpaqlarından, evlərindən didərgin düşmüş insanlarımızın haqq səsini dünyaya duyurdu, ədaləti bərpa etdi, beynəlxalq səviyyəli təşkilatların qəbul etdiyi qətnamələri icra etdi, beynəlxalq hüququ hər şeydən ali tutaraq onun tələblərini yerinə yetirdi. Budur dünya üçün “Böyük Qayıdış”, budur Azərbaycan üçün “Böyük Qayıdış”.
 
Rüsxarə Əliyeva
 Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru 


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya