Azərbaycanda Aİ-95 benzininin bahalaşmasının səbəbi açıqlandı
- 1-07-2020, 13:10
- Gündəm
- 0
- 298
Bu gündən Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzin bahalaşıb.
“SOCAR Petroleum” şirkətindən APA-ya verilən məlumata görə, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.
“Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır”, - şirkətdən qeyd ediblər.
Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1,20 manatdan 1,10 manata endirilmişdi.
Xatırladaq ki, sözügedən “Premium” markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.