DAVRANIŞLARI İLƏ BİR AİLƏDƏ POLİSƏ QARŞI OLAN MƏHƏBBƏTİ PİK HƏDDƏ ÇATDIRAN POLKOVNİK KİMDİR?
Respublikaxəbər.az-ın rəhbəri Elyaz Gülüyev DİN-nə həmin polkovniklə bağlı təşəkkür məktubu göndərdi.
E.Gülüyev bildirir ki, O, özü bu günə qədər Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazov başda olmaqla DİO-da ləyaqətlə xidmət edən bütün əməkdaşları çox sevir, onlara hər zaman hörmət və qayğı göstərməyə çalışırdı. Lakin E.Gülüyev bu gün Bakı şəhər Baş DYPİ-nin Mətbuat Xidmətinin rəisi polis polkovniki cənab Vaqif Əsədovun onunla tam alicənab davranmasını, havanın soyuq olmasını nəzərə alaraq, "Sən gələ bilmirsənsə, mən gəlim, mən maşınlayam" deməsi E.Gülüyevi və onun ailəsini kövrəltdi. E.Gülüyev həmin mənzərəni dost-tanışı içərisində danışdığı zaman onun dostları da heyran qalıblar və özləri canlı olmasa da Vaqif Əsədova bütün dostlar adından təşəkkürlərini çatdırmalarını xahiş etmişdirlər. Bundan əlavə də cənab Nazirə təşəkkür yazarkən yenə də həmin dostlar cənab Nazirdən Vaqif Əsədov kimi əməkdaşları dəyərləndirməsini xahiş etmişdirlər. Elyaz Gülüyev Vaqif müəllim, Siz necə də alicənab bir polis əməkdaşısınız dediyi zaman, təvazökarlığından əl çəkməyən Polkovnik Vaqif Əsədovun sonuncu kəlməsi belə olub ki, Mən bir polis vəzifəmi yerinə yetirirəm, bu bizim vətəndaşa qarşı olan diqqət borcumuzdur.
Eşq olsun! Dəyərli İzləyicilər tanıyaq və belə məmurların qədrini bilək!
Elyaz Gülüyevdən: Hər kəs bilir ki, mən DİN-i cənab Vilayət Eyvazovu nə qədər çox istəyirəm, Azərbaycan polisini nə qədər çox istəyirəm, Odur ki, mən bu məsələ ilə bağlı, Vaqif Əsədovun bu cür əsl polis kimi alicənab davranmasına görə şəxsən ən çox sevdiyim nazir olan, cənab Vilayət Eyvazovdan xahiş edəcəm ki, dəyərli Polkovnikimizə bizim təşəkkürümüzü özü çatdırsın. Başda cənab Nazirimiz olmaqla bütün Azərbaycan Respublikasının DİO-da ləyaqətlə xidmət edən polislərimizə təşəkkürümüzü bildirirəm. cənab polkovnik çox sağolun, var olun, təşəkkür edirəm. Onu da qeyd edim ki, mən cənab polkovnik Vaqif Əsədovdan tək bu gün deyil, əvvəlcədən də razı olmuşam, amma bu gün tam başqa: Yaşa cənab Nazir! Yaşa Azərbaycan Polisi, Yaşa Vaqif müəllim!
Respublikaxəbər.az 0518310101