Manaf Ağayev tək səsi ilə yox, həm də xeyirxah əməli ilə xalqın sevgisini, rəğbətini qazana bildi
- 3-01-2021, 01:02
- Gündəm / Mədəniyyət
- 0
- 594
Nəinki Qarabağlılar, hətta respublikasımızın ayrı-ayrı bölgələrində yaşayan adamlar da Manaf Ağayev sənətinin vurğunudurlar. Mən deyərdim ki, o adam olmasın ki, Manaf Ağayevin səsinin, avazının vurğunu, heyranı olmasınlar.
Manaf Ağayevin xalqımız tərəfindən sevilməsinin səbəbi tək onun səsi ilə bağlı deyil. Onun başqa üstün özəlliyi də var ki, o, dürüst və sözünə bütöv biri olmasıdır. Onu tanıyanlar bu cür xarakterizə edirlər. Məhz bu üstün keyfiyyətlərinə görə Manaf Ağayev xalqın sevimlisinə, doğma sənətçisinə çevirilmişdir.
Manaf Ağayev istər öz sənət adamları arasında, (şou-biznesdə) istərsə də onu yaxından uzaqdan tanıyan şəxslərə də öz köməkliyini, xeyirxahlığını əsirgəməyib. Bunu biz efirlərdən də, şou verlişlərdən də aydın sezirik ki, Manaf Ağayev öz sənət adamlarına nə qədər maddi, mənəvi dəstək olub.
Sözsüz ki, onun bu cür xeyirxah işlərini həzm edə bilməyən, necə deyərlər, ona “protiv” sənət adamları və digər kənar şəxslərdə var. Hətta onun yaxşılığını unudanlarda az deyil.
Əgər bu günə qədər Manaf Ağayev sənəti ilə, qəlbləri oxşayan səsi, avazı ilə, ürəklərə yol tapıb sevilmişdirsə, məhz 44 günlük Vətən savaşında xeyirxah işləri ilə də yadda qaldı və sevildi.
Bəlkədə ola bilsin ki, kimlərsə bunu görməzdən gələ, paxıllıqça başqa don da geyindirə bilərlər. Ancaq“elin gözü tərəzidir”. Hər şeyi xalq özü görür və qiymətini verir.
Danmaq olmaz ki, 44 günlük Böyük Vətən müharibəsində Manaf Ağayev həm ordumuza, həm də şəhid ailələrinə və qazilərimizə mümkün qədər dəstək oldu. Onlara imkanı çatacaq qədər yardımlar etdi. O, bunu əsil bir Azərbaycanlı kimi etdi. Hansı ki, Manaf Ağayevdən başqa bunu ikinci bir müğənni, sənət adamının etdiyini görmədim. Hansı ki, həmin müğənnilər çıxıb efirdə ağız dolusu bir toya 10-15 min manata getdiklərindən danışırdılar. Nədənsə, 44 günlük Vətən savaşında həmin müğənnilər (əslində müğənniçiklər) ortaya çıxmadılar. İtib, batdılar. Necə ki, tısbağa qınına çəkilən kimi çəkilib girdilər qınlarına. Bir çoxları pandemiyanı bəhanə edib dəsmal götürüb ağladı. Bəlkə də onlar Manaf Ağayevdən qat-qat artıq baha toylara gedirdilər. Daha çox pul qazanırdılar. Təssüf ki, 44 günlük müharibə ərəfəsində “qeybə” çəkildilər, yox oldular.
Ola bilsin ki, Manaf Ağayevi onlardan fərqləndirən üstün səbəb həm onun həddən çox vətənpərvər olması, həm də Qarabağlı olmasıdır. Düşünürəm ki, Manaf Ağayev nə etdisə, bir Qarabağlı, vətənpərvət sənət adamı kimi etdi. Bunu etməyədə bilməzdir. Çünki onun içində Torpaq yanğısı, Vətən həsrəti odu qalanmışdır. Ona görə də o, bunları etməliydi. Bunu etmək isə onun içindən gəlirdi. Bunları etməyə onu kimsə məcbur etmirdi. Yalnız içindəki Vətən sevgisi, torpaq həsrəti, vətənpərvərlik hissindən başqa. Axı həm də, onun doğulub boya başa çatdığı Füzuli rayonuda 27 il idi ki, düşmən işğalında idi və adı Rəşadətli Ordumuz sayəsində işğaldan azad edilmiş rayonlar sırasında idi. Bunları etmək təkcə Manaf Ağayevin borcu deyildir, bu hər birimizin, hər bir Azərbaycanlı vətəndaşının borcu idi. Bəlkə də bunu hamımız adından elə o etdi.
P.S. Cəlilabaddan olan hərbçimiz İbrahim bəylə tərxis olunandan sonra görüşümüz baş tutdu. Çox xoş oldu mənə də bu cür qeyrətli oğullarımızı yaxından tanımaq. Var olsun ordumuzun bütün əsgərləri. Yaşasın Azərbaycan!