» » Səyyaf Tağıyev: Mənim prezidentim daim ölkəm üçün çalışır

Səyyaf Tağıyev: Mənim prezidentim daim ölkəm üçün çalışır


Xaçmaz Rayon mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyev - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.
Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı.
Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır.
Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin.


- Müasir Azərbaycan Respublikasının banisi ulu öndər Heydər Əliyevin layiqli varisi olan möhtərəm prezidentimiz İlham Əliyev cənablarının 17 illik fəaliyyətinə nəzər saldıqda,onu xalqını qəlbən sevən, dərin erudisiyalı.qətiyyətli,dövrün çağırışlarına çevik cavab verən bir lider olduğunu görürük. Möhtərəm prezidentimizi dünyada güclü bir siyasətçi kimi qəbul edilir və ona daim hörmətlə yanaşırlar.Onun apardığı düşünülmüş.uzaqgörən siyasət nəticəsində ölkə iqtisadiyyatı son illər sürətli və dinamik inkişaf yoluna qədəm qoydu.
Bu gün Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Dövlət başçımızın gerçəkləşdirdiyi uğurlu diplomatiya yeni əsrdə Azərbaycanın nəinki bölgədə.bütün dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir.
Müharibə şəraitində yaşayan Azərbaycan eyni zamanda bölgədə ən müasir silahlarla təmin olunmuş güclü orduya sahib olmuşdur.Bu da iyul ayında Tovuz hadisələrində bir daha özünü parlaq şəkildə göstərdi.Torpaqlarımızda təxribat törətmək istəyən düşmən ordumuzdan güclü zərbə aldı və Azərbaycan ordusunun əzmi qarşısında geri çəkilməli oldu.
"Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır" - deyən cənab Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların həyata keçirilməsini pandemiya zamanı nəinki dayandırmadı.əksinə daha da dərinləşdirdi.Onun apardığı bu islahatlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılandı və müdafiə olundu.Möhtərəm prezidentimiz karantin günlərində də daim diqqətini iqtisadiyyatın inkişafına,sadə vətəndaşın həyat rifahının yüksəldilməsinə yönəltdi.
Belə ki.14 sentyabr 2020-ci il tarixdə Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışında cənab prezident bir daha ölkə iqtisadiyyatının inkişafını öz fəaliyyətinin prioritet amili olduğunu bəyan etdi:”Daxili tələbat nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir.Son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir”.
Xaricdə yaşayan soydaşlarımıza daim böyük diqqət göstərən dövlət başçımız respublikamızın inkişafında dünya azərbaycanlılarının da iştirakını görmək istəyir.onların imkan və səylərini dövlətimizin inkişafı üçün vacib məqam hesab edir: ”Xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar”.
Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması və inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir.Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv iştirak edir və onların fəaliyyəti üçün dövlətimiz geniş imkanlar yaradır. Çünki Prezident Cənab İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın,o cümlədən Azərbaycan gəncinin sosial rifahına yönəlib
“Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.”
Təmsil etdiyim SOCAR-ın Qobustan Regional Təlim Mərkəzi məhz belə bir qayğının,belə bir fəaliyyətin nəticəsində yaranmışdır. Peşə ixtisaslı fəhlə kadrlarına olan tələbatı nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ildə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində beynəlxalq peşə təhsili standartlarına cavab verən müasir tədris otaqları, ən yeni avadanlıqlarla komplektləşdirilmiş, yüksək ixtisaslı kadrların hazırlanması üçün nəzərdə tutulan fənn kabinələri və qaynaq emalatxanası, ən yeni texniki vasitələr və alətlərlə təmin olunmuş Qobustan Regional Təlim Mərkəzini yaratdı. Bu mərkəz cənab Prezidentin gənclərimizə olan qayğısının parlaq təzahürü idi.Azərbaycanın müxtəlif bölgələrindən olan yüzlərlə gənc burda təhsil alaraq müxtəlif peşələrə yiyələnirlər.
Bu gün cənab Prezident tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə aparılan islahatlar ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən sosial rifahının yüksəlişini təmin edir.Cənab İlham Əliyevin prezident olduğu 17 ildə ölkəmizin həyatının müxtəlif sferalarında- istər iqtisadiyyat və ya mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində baş verən dinamik inkişaf Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır.Xalq öz prezidentini sevir və daim ona dəstəyini nümayiş etdirir.Bu güc,bu birlik-həmrəylik əbədidir,tükənməzdir.
 


Koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları sözsüz ki, həkimlər, tibbi personaldır. Belə durumda onların işinin nə qədər ağır olduğunu təxmin etmək elə də çətin deyil.
Bunu anlamaq üçün təkcə günümüzün qəhrəmanlarının 12 saat fasiləsiz skafandır geyimində çalışdığını düşünmək kifayət edər.

Azərbaycan dövləti koronavirusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarını nəzərə almaqla çox ciddi tədbirlər həyata keçirir. Ölkə vətəndaşlarının qorunması, onların sağlamlıqlarının müdafiəsi əsas vəzifəyə çevrilib. Belə gərgin günlərdə tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür.
Onları bugünlərin qəhrəmanı da adlandırmaq olar. Çünki tibb işçiləri insanların sağlamlığını, həyatını təhdid edən koronavirusa qarşı mübarizədə fədakarlıq göstərirlər. Onlar öz peşələri gərəyincə həyatlarını riskə ataraq, ilk növbədə, şübhəli şəxsləri müayinə edir, onları təcrid olunan ərazilərə aparır, infeksiyaya yoluxan şəxslərin birbaşa müalicəsi ilə məşğul olurlar.
Öz peşələrinə, Hippokrat andına sadiq olan həkimlərimizin ilk gündən koronavirusa qarşı mübarizədə böyük əzmkarlıq, cəsarət nümayiş etdirdiklərini yüksək qiymətləndirən Prezident İlham Əliyev Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında deyib: "Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər”.
Ümidsizlik həmişə bu xalqa yad olub. Odur ki, ən ağır günlərində də bütün problemlərin həllini tapacağına, gələcəyin daha gözəl olacağına inamını qoruyaraq "hər qaranlıq gecənin bir işıqlı sabahı var” deyib. Bütün dünyada pandemiyaya çevrilmiş koronavirus təhlükəsi də sovuşacaq. Öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən həkimlərin əməyi isə heç zaman unudulmayacaq.  
 


Xaçmaz Rayon mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Səyyaf Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Səyyaf Tağıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Səyyaf Tağıyevdən danışdılar yaxşı ki, Səyyaf Tağıyev Xaçmaz Rayon mərkəzi xəstəxanasının baş həkimi təyin olunub… Səyyaf Tağıyev öz isguzarlığı ilə tanınır və seçilir….

Səyyaf Tağıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Səyyaf Tağıyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Səyyaf Tağıyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Səyyaf Tağıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Səyyaf Tağıyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Səyyaf Tağıyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Səyyaf Tağıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Səyyaf Tağıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xaçmaz Rayon mərkəzi xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Xaçmaz Rayon mərkəzi xəstəxanasına gəldiyi gündən Səyyaf Tağıyev vəzifəsini daşıdığı Rayon mərkəzi xəstəxanasında görülən işlərin siyahısına nəzər salanda isə həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ona etibar edilən bütün işlərdə Səyyaf Tağıyev özünü doğruldub. Bizdə hörmətli Səyyaf Tağıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya