» » Bayram Səfərov: Azərbaycanın bugünki qələbəsi xalqımızın gələcək tarixində daim qələbə, qəhrəmanlıq, rəşadət bayramı kimi qeyd olunacaq

Bayram Səfərov: Azərbaycanın bugünki qələbəsi xalqımızın gələcək tarixində daim qələbə, qəhrəmanlıq, rəşadət bayramı kimi qeyd olunacaq



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdur. 

Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı bayram Səfərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. 

Bayram Səfərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şuşa Rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! 

Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov -  Sentyabrın 27-si Azərbaycan tarixində yeni səhifə açıldı. Ölkəmiz doğma torpaqlarının düşmən tapdağından azad edilməsi üçün əks-həmlə əməliyyatlarına başladı və 44 gün ərzində öz torpaqlarını yağı düşməndən azad etdi. İkinci Vətən müharibəsini yaşadıq. Siyasi meydanda qələbəni hərbi gücümüz təmin etdi. Azərbaycan Ordusu öz sözünü dedi və düşmənə qan uddurdu. Nəhayət, 44 günlük müharibənin yekunu Bəyanatın imzalanması ilə oldu. Cənab Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsini müvəffəqiyyətlə başa vurdu. Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı.
   Məhz noyabr ayının 10-da imzalanan bəyanatla Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Bəyanat Ermənistanın kapitulyasiyası idi. Faktiki olaraq Ermənistan tərəfi müharibədən məğlub çıxmış olduğunu bu bəyanatla təsdiq etdi.  Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlcə bəyanatı imzalamaqdan imtina etməsinə baxmayaraq,  sonradan imzalamaq məcburiyyətində qaldı. Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi Paşinyan bu bəyanatı Azərbaycanın dəmir yumruğunun  hesabına imzaladı.
   Bəyanatla uzun illər ərzində davam edən işğala son qoyuldu, insanlarımızın 30 illik həsrətinə son qoyuldu. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edildi, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da Naxçıvanın 30 illik blokadasına son qoyuldu və türk dünyasının yerüstü tranzit-rabitə əlaqələri bərpa edildi.
   Bəyanatın ən mühim üstünlüyü ondan ibarət oldu ki, Dağlıq Qarabağın statusu haqqında bir kəlmə belə onda yer almadı. Belə ki, Qarabağa heç bir status, muxtariyyət verilmədi.
   10 noyabr tarixli bəyənatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürdü. Bu prosesə, eyni zamanda münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək ki, bu da münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində müstəsna rol oynayacaqdır.
   Beləliklə, 10 noyabr bəyanatı Azərbaycan Dövlətinin tarixi bir qələbəsidir. Bu bəyanat Azərbaycanın siyasi iradəsi, əzmi və gücüdür. Bənayatla təsdiq olundu ki, Qarabağ bizimdir!
   Qarabağ Azərbaycandır! 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya