» » Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR

Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR

Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR


Laçın dəhlizi - 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir.
Laçın dəhlizi  Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən coğrafi ərazidir. Bu ərazi strateji baxımdan çox əhəmiyyətlidir.  Laçının şərq hissəsi Qarabağ silsiləsinin qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub yamaclarında ( Dəlidağ dağ, 3616 metr), qərbi Qarabağ vulkanik yaylasında yerləşir. Bu yüksəkliklərdən Qarabağın bütün ərazilərini müşahidə etmək mümkündür.

Uzun illər fəaliyyət göstərən Laçın dəhlizi, Ermənistanın Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yoludur. Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistan bu dəhlizi “nəfəs borusu” adlandırırdılar. Həm birinci Qarabağ müharibə dövründə, həm də indi Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təhcizatını bu yol vasitəsi ilə keçirir.



Ərazi etibarı ilə təbii resurslarla zənginliyi Laçın dəhlizinin əhəmiyyətini daha da artırır. Zəngəzur silsiləsinin bütün zirvə hissəsi  başlanğıclarını Laçın dəhlizindən götürür. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, eləcə də silsilənin ətəkləri isə nadir növlü ağaclara malik  enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər vardır. Təsadüfi deyildir ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini buradan götürür.

Laçın “dəhlizi”  həm də Azərbaycan üçün strateji (tarixi əhəmiyyəti) olan ərazidir.  Laçın ərazisində  hələ tədqiq edilməmiş 500 tarix və mədəniyyət  abidəsi, o cümlədən I-II əsrlərə aid qaya təsvirləri, 1 mağara, 5 antik qala, Siklop tipli yaşayış yerləri,  kurqanlar, at – qoç fiqurları, pirlər, inanc yerləri, türbələr, məscidlər, Qafqaz Albaniyası dövrü memarlıq abidələri və s. var.



Laçın dəhlizinin işğalı

Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bir sıra şəhər və kəndini ələ keçirdikdən və mayın 8-də Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri öz məkrli planlarını - Ermənistanla birbaşa əlaqələri üçün Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar.

Artıq Laçın şəhərinin mərkəzi Turşsu və Gorus, Tex və Xınatsax istiqamətindən qrad və toplarla vurulurdu. Ermənistan bütün qüvvəsini, demək olar, buraya cəmləşdirmişdi.

Ermənistandan Qarabağa 3-cü dəhliz? - Mütləq bombalanmalıdır! (ANALİZ)

Mayın 16-17-si Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başladılar. Yerli qüvvələr Laçının işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxarır. Müdafiə Nazirliyinin bölmələri isə bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildilər. Bütün bunlar isə artıq Laçının süqutu demək idi. On minlərlə insanın yaşadığı 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin taleyi belə həll olundu. 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidə hələ də erməni işğalçılarının tapdağı altındadır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya