Süleyman Mikayılov: Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov - Azərbaycan xaıqı Vətən müharibəsi aparır. 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızın azad edilməsi uğrundakı şərəfli döyüşlərdə Azərbaycanın Milli Ordusu şanlı tarix yazır. Ermənistanın faşist və cinayətkar rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalı və məsuliyyətə cəlb olunmalıdır. Hələ hadisələrin ilk günlərindən dinc əhalini hədəf seçən erməni separatçlıları onlarla günahsız insanın, uşaqların ölümünə rəvac vemişlər.
Rəsmi Yerevan öz əməllərinə sadiq qalaraq Cenevrə Konvensiyasına zidd əməllər törədir. “Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə başqa ölkələrdən ermənilərin gətirilməsi və məskunlaşdırması hərbi cinayətdir, habelə Cenevrə Konvensiyasına ziddir”.
Ermənilər illər uzunu torpaqlarımızı işğal altında saxlayıblar. İşğalçılıq əməliyyatları zamanı onlar dəfələrlə təxribatlar, terrorlar, yanğınlar törətmiş, insanları qətlə yetirmiş, əsir götürmüşlər. İşğaldan azad olunan ərazilər erməni vandalizminin şahididir. Prezidentimiz bu barədə belə deyib: “30 il ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımız amansızcasına dağıdılıb. Bütün binalar və dini abidələrimiz sökülüb. Odur ki, Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”.
Hadisələrə dəqiq siyasi qiymət verilməlidir. Dünya birliyi ermənilərin cinayətlərinə göz yummamalıdır. Bankrot ölkə olan Ermənistanda böyük sayda silah-sursatın mövcudluğu dünya ictimaiyyətini düşündürməlidir. “Bank rezervlərindəvalyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistanda, habelə xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil etdiyi halda müharibəni aparmaq üçün silah və texnikanı hansı yollar ilə əldə etməkləri böyük suallar doğurur. Azərbaycan xalqı bu açıq qalmış suallara cavab tələb etməyə haqqı var”.
Ermənistanın əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmalıdır. Çünki işğalçı dövlətin rəhbərləri haqsız olaraq savaş edir, zəbt etdiyi torpaqları geri qaytarmaq istəmir. Və bu yolda sadə erməni vətəndaşlarını zorla müharibə bölgəsinə gətirərək onları münaqişəyə cəlb edirlər. Bununla əlaqədar İlham Əliyev qeyd edib ki, Ermənistan əhalisi kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər. Erməni xalqı öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəkdir.
Azərbaycan Ordusunun şəxsi heyəti, könüllü döyüşə qatılan vətəndaşlarımız qələbə salnaməsi yazır. Sentyabrın 27-dən bəri düşmənlə mübarizədə əsl qəhrəmanlıq göstərən, illər uzunu haray çəkən torpaqlarımızı bir-bir azad edən cəsur döyüşçülərimizin rəşadəti sonsuzdur. Cənab İlham Əliyevin hər bir qələbə xəbəri xalqa ruh verir, sevinc bəxş edir.
Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. İyirmi birinci əsrin iyirminci ilinin payızı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. İlham Əliyev: “Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirmiş ordumuz haqqı bərpa edir.
Azərbaycan xalqının iradəsi dönməzdir. Bu gün bütün Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. “Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir”.
Məqsədimiz qələbədir, deyən və böyük qələbəyə yaxınlaşdığımızı bəyan edən dövlətimizin başçısı fərəhlə bildirib ki, “Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyübərpa ediləcəkdir. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz”.
Dövlətin milli maraqları mütləq təmin olunacaqdır. Azərbaycanda insan hüquq və azadlıqları qorunur, sosial rifah halı yaxşılaşır. Bundan sonra da ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz.
Azərbaycan Ermənistanın namərd əməllərinə döyüş meydanında cavab verir. “Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar”.
Ermənilər və onların havadarları məğlubiyyəti yaxşı bilirlər. Ancaq bununla barışa bilmir və bacardıqları qədər Azərbaycana zərbə vurmağa çalışırlar. Unudurlar ki, heç bir silahlı yağdırı, təxribat Azərbaycanı haqq işi uğrunda mübarizədən çəkindirə bilməz.
Qələbə Azərbaycanladır, Qarabağ Azərbaycandır!