» » MÜBARİZƏYƏ GEDƏN YOL

MÜBARİZƏYƏ GEDƏN YOL



Şahin Məmmədov Əbdül oğlu.  26.01.1980 - cı il'də Babək rayonunun Cəhri kəndində doğulmuşdur. 
1986 - cı ildə Qəzənfər Əkbərov adına tam orta məktəbə daxil olub, 1997 - cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdi. 1998 - ci ildə hərbi xidmətə çağırılmış, 1999 - cu ildə səhhətilə bağlı, ordu sıralarından təxris olunmuşdur. ( 2 qrup HXD əlili)
   2001- ci ildə NDU - nin Filalogiya ixtisasının Tarix fakultəsinə daxil olub. Ailə vəziyyətinə görə 2002 - ci ildə Azərbaycan dili və ədəbiyyat ixtisasını dəyişib. 
2006 - cı ildə həmin ixtisası bitirdikdən sonra, bir müddət operator kimi müstəqil olaraq fəaliyyət göstərmişdir. 
   01.05.2012 - ci ildə Gəmiqaya şirkətində daş ustası (taşoron) kimi çalışmış, 2013 - cü ildə isə dizayn şirkətində daş ustası kimi çalışmışdır.
   07.05.2017 - ci ildə SOCAR Polimer zavodunun tikilişində USTAY şirkətində boru montajnik vəzifəsində (ekibbaşı) olaraq çalışıb, həmin şirkətlə EPE 300 lahiyyəsində çalışıb. Hal - hazırda  Neft ayırma zavodunda Prakon şirkətində çalışır:
    Mübarizəyə gedən yolun astanasındayıq. Qarabağ Azərbaycan'dır. Haqq yolunda, ədalətin müdafiəsinə gedən döyüşlərdə şücaət göstərmiş  Əbdül Məmmədovun oğlu, şəhid mayor - Rasim Məmmədovun qardaşı Şahin Məmmədov Mübariz Qurban'oğlu Mənsimov'a dəstək olmaqla yanaşı, Vətənimizin qeyrətli Vətən oğluna Azadlıq deyərək sonadək mübarizə aparacaqdır. 
    Mübarizəyə gedən yol qəhrəmanlığa, ucalığa, zirvəyə gedən yoldur. Haqq - ədalətin bərpası, şərəfli bir ömür yolunun haqq nişanəsidir, ədalətin təntənəsidir, zəfərin nümunəsidir. 
Üçü birlikdə vəhdət təşkil edir. 
Qələbə zəfəri bizimlədir. Qarabağ bizimdir, bizim də olacaq! Qarabağ düşmənlərimizin göz dağıdır, Sülhməramlılar, Sülhün ümid dolu bariz nümunəsi, azadlığın göstərdiyi şücaətin qəhrəman mübarizəsi Sülh'dür.
Mübarizin haqqın tərəfdarı, ədalətin möhürünü imza ilə toplamış canlı əfsanə, əsrin Lideri olduğuna bütün Ölkələr də şahidi olacaqdır. 
Mübariz Qurban'oğlu Mənsimov'a Azadlıq !

                
   
    ŞƏHİDLƏR ÖLMƏZ

     Əbül Məmmədov Cəlal oğlu 
02.06.1950 - ci ildə Babək rayonunun Cəhri kəndində müəllim ailəsində doğulmuşdur. 
Bakı Rabitə Texnikumunu bitirmişdi.
Hərbi xidməti Qərbi Azərbaycanda xüsusi rabitə alayında keçirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, 1971 - ci ilin əvvəlindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 1981 - ci ildə Nalçik şəhərində yerləşən Xüsusi Təyinatlı Milis Məktəbini fərqlənmə ilə bitirib, yenidən Naxçıvanda inspector - kinoloq vəzifəsində xidmətini davam etdirib. Ukraynanın Çernobil vilayətində Atom Stansiyası partlayan zaman Əbdül Məmmədov da zərərçəkənlərdən biri olmuşdur. 1989 - cu ildə Naxçıvan torpaqlarının müdafiəsi üçün ilk özünümüdafiə batalyonları yaradanlardan biri olub. 
   1991 - ci il sentyabr ayından Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin xeyir - duası ilə yaranan Naxçıvan MR Dövlət Müdafiə Komitəsində əvvəl bölük böyüyü sonra, mübarizə bölüyünün komandiri, 11.02.1992 - ci il'də isə N saylı hərbi hissənin komandiri vəzifəsində qulluq etmişdir.
    19.05.1992 - ci ildə Sədərək uğrunda gedən döyüşlərdə 20 nəfər əsgər və çavuşu ilə birlikdə düşmənə ağır zərbə vurmuşlar. 
   Əbdül Məmmədov Cəlal oğlu 1992 - ci ildə strateji yüksəklik olan Mil təpədə apardığı döyüşlərin birində ağır güllə yarası almışdır. Qurşaqdan aşağı iflic olaraq 25 ilə yaxın yataq xəstəsi olmuşdur. 
   
                  
               
       VƏTƏN BÖLÜNMƏZ

     Rasim Məmmədov Əbdül oğlu 
20.05.1977 - ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 
    Rasim Məmmədov 1983 - cü ildə Cehri kənd orta məktəbinin birinci sinfinə getmiş və 1994 - cü ildə həmin məktəbi bitirmişdir. 1996 - cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olmuşdur. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini N saylı hərbi hissədə davam etdirmişdir. 
Rasim Məmmədov 2000 - ci ildən 2001 - ci ilə qədər N saylı hərbi hissədə "təlim taborunun tuşlayıcı"  tağımının komandiri, 2001 - ci il'dən 2002 - ci ilə qədər isə həmin hərbi hissədə
"təlim döyüş tankları" tağımının komandiri vəzifələrində çalışmışdır. 
    2002 - ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə baş leytenant rütbəsi alan Rasim Məmmədov, həmin ildən 2005 - ci ilə qədər N saylı hərbi hissədə "tank" tağımının komandiri vəzifəsində çalışmış, baş leytenant rütbəsi almasından 3 il sonra, 2005 - ci ildə Rasim Məmmədov Səfər Əbiyevin əmri ilə kapitan rütbəsi almış və N saylı hərbi hissədə "Mexanikləşdirilmiş bölük" komandiri vəzifəsində çalışmışdır. 
   Kapitan Rasim Məmmədov 2007 - ci ildən 2010 - cu ilə qədər başqa hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi, 2010 - cu ildən 2011 - ci ilə qədər isə həmin Motoatıcı Taborun rəisi vəzifəsində çalışıb. Daha sonra o, bir müddət digər, hərbi hissənin Motoatıcı Taborun Qərargah rəisi kimi xidmət etmiş, 2011 - ci ildə Rasim Məmmədov Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə mayor rütbəsi almışdı.
2011 - ci ildən 2012 - ci ilə qədər N sayılı hərbi hissədə Motoatıcı Taborun komandirinin müavini, 2012 - ci ildən 2014 - cü ilə qədər isə, həmin hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışan mayor Rasim Məmmədov 2014 - cü ildən 2015 - ci ilə qədər, həmin hərbi hissənin 2 - ci Motoatıcı Taborun komandiri kimi xidmət etmişdir. 
      18.04.2015 - ci ildən, şəhid olduğu günə qədər  mayor Rasim Məmmədov N saylı hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışmışdır. 
Mayor Rasim Məmmədov 2016 - cı ilin aprel ayında Lələ təpə yüksəkliyinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 
05.04.2016 - ci il'də Rasim Məmmədov Əbdül oğlu 
doğulduğu Babək rayonunun Cəhri kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər, rayon sakinləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin  zabitləri və döyüşçü əsgər yoldaşları da qatılmışdılar. Yaylım atəşi sədaları ilə Mayor Rasim 
Məmmədov Əbdül oğlu
uğrunda şəhid olduğu torpağa tapşırılmışdı.
   Rasim Məmmədov şəhadətindən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının sərəncamı ilə "Vətən Uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edilmişdir. 
     Mayor - Rasim Məmmədov'un atası, 25 ildən artıq əlil arabasında ömür yaşayan Əbdül Məmmədov 27.04.2016 - cı ildə oğlunun şəhidliyindən 23 gün sonra vəfat etmişdir. Ata ilə oğul Qarabağımızın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhid 
olmuşdular. "Şəhidlər Ölməz,  Vətən Bölünməz"!

Qarabağ Azərbaycan'dır. Qarabağ bizimdir. Bizim də olacaqdır !

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya