» » XALQA DÜŞMƏN KƏSİLƏN HAKİM....

XALQA DÜŞMƏN KƏSİLƏN HAKİM....


Biz hüquqi dövlət qururuq,hüquqi dövlətdə hər bir vətandaş öz hüququnu qorumalıdır.Əgər vətəndaşın hüququ pozulursa öz haqqının, hüququnun qorunması üçün qanunların və vətandaşların hüquqlarının qorunmqsında mükəlləf olan orqanlara müraciət etməlidir.Amma biz Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının timsalında hətta xüsusi canfəşanlıqla özünün iştirakı ilə cənab Prezidentin əlini qoyaraq and içdiyi dövlət qanunu olan konistitusiyanın pozulmasını aşikar şəkildə görürük.Xətai Rayon Məhkəməsinin hakimi Pərviz zamanlı heç nədən və heç kimdən çəkinmədən dövlət başçımız cənab Prezidentin və dövlətimizin əlehinə çıxır.Hətta açıq aşkar qanunları pozaraq çıxardığı qətnamə verdiyi qərarlarla rəsmi şəkildə gözümüzə soxaraq bəyan eləyir.
Vətandaş hiss eləməlidir ki,öz ölkəsində onu qanunlarla qoruyan və müdafiə edən dövlət orqanları var.Hakim Pərviz Zamanlı yuxarıda qeyd elədiklərimizin əksi olaraq heç nəyə məhəl qoymayaraq öznə xas olan qanunlar tətbiq edir.
Bu ölkədə qanunların pozulmasına son qoyulmalıdır,qanunları pozan kimliyindən asılı olmayaraq cəzalandırılmalıdır.
Bu dediklərimiz olmasa ölkəmizin inkişafından söhbət gedə bilməz.
Bizim hakim Pərviz Zamanlıya qarşı etirazımız və fəallığımız üsyankarlıq,saxta müxalifətçilik kimi qələmə verilməməlidir.
Cəmiyyət o zaman təhqir olunur,dövlət məmuru vətəndaşa açıq şəkildə deyir və əməlləri ilə göstərir ki,get hara və kimə istəyirsən de.
Bax belə olan halda bu o deməkdir ki,hakim Pərviz Zamanlı qanunları və heç kəsi saymır. Məhkəmə hakimləri tərəfindən qanunların pozulması qəbul edilməzdir.Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlı özünün iştirak etdiyi və imza atdığı Məhkəmə qətnaməsində rəsmi olaraq bildirir ki,mən necə istəyirəm elə də qərar verirəm.
 01.12.2020-ci il tarixli Xətai Rayon Məhkəməsinin qətnaməsindən sitat: Belə ki, mülki iş materialı ilə müəyyən edilir ki, Məhkəmənin 01.12.2020-ci il tarixli qətnaməsi 02.01.2021-ci il tarixdə sifarişli-xəbərnaməli poçt göndərişi ilə cavabdehin ünvanına göndərilmiş, həmin poçt göndərişi üzərində "ünvan tam deyil" qeyd edilməklə məhkəməyə geri qaytarılmışdır. Qətnamədə qeyd olunanlardan göründüyü kimi vətəndaş ölkədə deyil və məhkəmənin olacağından xəbəri yoxdur buna baxmayaraq qətnamə çıxarılır.
 Məhkəmə qətnaməsində qeyd olunur ki,cavandeh Əzizli Mərdanın məhkəməyə gətrilməsi üçün heç bir ilkin xəbərdarlıq və məcburi iştirakın təmin olunması üçün tədbirlərin görülməsi olmadan qeyri-qanuni olaraq cavabdeh haqqında icbari axtarış elan olunmuş.Özüdə mülkü işlə bağlı dövlətlər arası icbari axtarış qərarı cıxarılmış. Belə çlxır ki,hakim Pərviz Zamanlı zərər çəkmiş kimi qəbul etdiyi keçmiş MTN-nin əməkdaşı olmuş İbrahimov Rauf Yaqub oğlunu dövlət olaraq qəbul edir. Ona dəymiş ziyanı dövlətə dəymiş ziyan kimi qəbullanır və İbrahimov Raufun mülkü işi ilə əlaqədar olaraq Mərdan əzizili haqqında dövlətlər arası axtariş elan olunması üçün qərar çıxarır.
Həmçinin qətnamədə adı keçən Mərdan Əzizli tərəfindən "İnsan Haqqları" Hüquqi Xidmətinin direktoru Qazıyev Vüqar Elman oğlunun adına(Türkiyə Respublikasında)verilmiş vəkalətnaməyə məhəl qoymayaraq onun qanuni olaraq müraciətlərinə rəd cavabı vermiş.Qeyd etmişdir ki, Vüqar Qazıyevin bu işlə bağlı məhkəmədə və məhkəməyə qədər olan proseslərdə iştirak edə bilməsi qeyri qanunidir. Amma digər tərəfdən qeyri qanuni hesab etdiyi və iştiraklna süni əngəl yaratdığı şəxsin adını qərardada çəkərək 20.01.2020 -ci il qətnaməsinin Vüqar Qazıyev tərəfundən qəzet köşkündən əldə etdiyindən bəhs edir və buna da qanuni don geyindirməyə çalışır. Bir tərəfdən Vüqar Qazıyevin adına verilən vəkaləti qəbul etmir digər tərəfdən də işinə gələndə o addan istifadə etməyə çalışır. Qətnamədən göründüyü kimi Vətəndaşa xəbərdarlıq edilmir ki,məhkəmə olacaq.
Mülkü işlə bağlı vıətandaş haqqında dövlətlər-arası axtarış elan olunur. Vətandaşın verdiyi qanuni vəkaləti qəbul etmir. Bütün bunlardan əlavə Pərviz Zamanlı özünə xas olan qaydalara sadiq qalaraq 31.06.2024-cü ildə çıxardığı qərardadı qanuna uyğun olaraq 3 iş günü müddətində sistemə yerləşdirmək əvəzinə sənədlərə qarışdıraraq otağında gizlədir. Mərdan Əzizlinin qanuni vəkili Zöhrab İmaməli tərəfindən yenidən ərizə ilə müraciət edildikdə 7 iş günü müddət keçdikdən sonra itrilmiş qərardad tapılır və həmən sistemə otuzdurulur. Sizlərin fikrincə yuxarıda qeyd etdiklərimizlə tanış olduqdan sonra belə hakimlərə nə ad vermək olar?
Ay Pərviz Zamanlı başa düşün ki, bu dövlətin başçısı var basıb adamın iki gözünü də birdən çıxardar.
Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının timsalında bu kimi faktlar inkişafda olan dövlətimizə və dövlətçiliyimizə qarşı sobatajdır.Başa düşün bu dövlətin topu topxanası və bu topa-topxanaya başçılıq edən dövlət rəhbərimiz cənab İlham Əliyev var.
Sonda demək istəyirəm ki, Pərviz Zamanlı özünüzü şah kimi hiss etməyin,bizim ölkəmizdə,dölətimizdə qanunlar şahdır bunu biləsiniz.
Daha ətrafılı məlumata reportajımızda izləyə bilərsiz.

www.insanhaqlari.az
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya