» » Ürəklərə yol tapan gənc istedadlı muğənnimiz – CAVİD BABA

Ürəklərə yol tapan gənc istedadlı muğənnimiz – CAVİD BABA


Cavid Baba musiqi və incəsənət sahəsində özünəməxsus yeri var.
Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər muğənni, sənətinin öhdəsindən peşəkarlıqla gələn vətənpərvər sənətkarımız Cavid Babadır.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Cavid bəy özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir. Onu da qeyd edək ki, Cavid Baba Ali təhsillidir. Cavid bəyin öz çoxtərəfli sənəri ilə üzərinə düşən olduqca mühüm vəzifənin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.  
Hər bir tanınan insanın şəxsiyyətini araşdıranda, bir çox amillərə, komponentlərə əsaslanıb istinad edərək nəticəmizi çıxarırıq. Savadını, işgüzarlığını, fəaliyyətini, məsuliyyətini, davranış tərzini,... nəzərə alıb onun haqqında mülahizələr yürüdür, fikir söyləyirik. Bundan sonra onu layiq bildiyimiz sıraya, ucalığa aid edib, şəxsiyyətini, həyat fəaliyyətini bugünkü  prinsiplər əsasında qiymətləndiririk. Hər kəs bu dünyada əkdiyini biçir. Bəli, hər bir insana gördüyü işlər  müqabilində qiymət verilir.
Ürəklərə yol tapan gənc istedadlı muğənnimiz – CAVİD BABA
Azərbaycan bəstəkar mahnılarının dəsti-xəttini layiqincə təcəssüm etdirən sənətkarlardan biri də dəyərli muğənni Cavid Babadır. Cavid bəyin səsindəki məlahət, şirinlik hər muğənniyə nəsib deyil. Tanrı ona sənətdə hərtərəfli xoşbəxtlik bəxş etmişdi: Xalqın sevgisini qazanan, sevilən muğənnidi.
Cavid Baba həmişə cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləmişdir. Doğma Qarabağımızı erməni faşistlərindən azad olunan dövrdə də ordu-xalq, xalq-ordu birliyini əsas bilərək hər zaman ordumuza, əsgər və zabitlərimizə maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Cavid bəy el şənlikləri ilə yanaşı dövlət tədbirlərində və xüsusi əhəmiyyətli günlərdə öz vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirən eloğullarımızdan biridir. Cavid Baba həmişə şəhid ailələri, Vətən müharibəsi əlillərinə, kimsəsiz və ahıl insanlara maddi-mənəvi dəstəyini göstərmişdir.
Azərbaycan musiqisində öz dəsti xətti ilə seçilən, xalqın sevimlisi Cavid Babaya uzun ömür, can-sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.
 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya