» » Şəhid övladı Novruz tonqalını alovlandırdı

Şəhid övladı Novruz tonqalını alovlandırdı



Şəhid övladı Novruz tonqalını alovlandırdı


Xalqımızın ən qədim adət-ənənələrindən olan milli birlik və həmrəylik bayramı Novruz  rayonumuzda böyük ruh yüksəkliyi ilə qeyd edilib. Baharın gəlişi münasibətilə martın 18-də şəhərin “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində ümumrayon bayram şənliyi keçirilib.
Bayram tədbiri Novruz tonqalının alovlandırılması ilə başlayıb. Tonqalı Vətən müharibəsi şəhidi Fərid Dursunovun övladı alovlandırıb.
Dədə Qorqud və Bahar qızı şənlik iştirakçılarını qədim adət-ənənələrimizdən olan Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza bahar təravətli günlər arzulayıblar.
Sonra tədbir iştirakçıları xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən sərgilərə, guşələrə baxıb, el sənətkarlarının əl işləri və milli mətbəx nümunələri ilə tanış olublar.
Novruzun personajları olan Kosa və Keçəl şənlik boyunca məzəli oyunları, dadlı və duzlu zarafatları ilə hamıya xoş əhvali-ruhiyyə bəxş ediblər.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbir iştirakçılarını baharın gəlişi münasibətilə təbrik edib, milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, hər il beynəlxalq səviyyədə qeyd olunan bu bayram müstəqilliyimizin, milli dəyərlərə hörmət və ehtiramımızın göstəricisidir.
Bayram şənliyi rayonun bədii özfəaliyyət, rəqs və folklor kollektivlərinin hazırladıqları maraqlı konsert proqramı ilə davam edib.













“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olunub


Məlum olduğu kimi,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı  təsis edilib. Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  yubiley medalı ilə təltif olunublar.
Sevindirici haldır ki, təltif olunanlar arasında rayon Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov və rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Nizami Abdullayev də yer alıb.
            Bununla əlaqədar olaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında medalların təqdimetmə mərasimi baş tutub.
Tədbirdə çıxış edən RİH başçısı Musa Şəkiliyev müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb və təltif olunanları təbrik edib.
Çıxış edən natiqlər çıxışlarında böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyindən bəhs ediblər.
Daha sonra Musa Şəkiliyev tərəfindən Eldəniz Şabanova və Nizami Abdullayevə “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  yubiley medalları təqdim olunub.
Təltif olunanlar da öz növbələrində Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə göstərilən diqqətə və ali mükafata görə təşəkkürünü ifadə ediblər.



RİH başçısının İbaxlı kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq İbaxlı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndə qaz çəkilişinin tezləşdirilməsinə, kənd məktəbinin həyətyanı ərazisinin hasara alınmasına, kənd məscidinin təmir olunmasına, kənddə 12 ailənin məskunlaşdığı ərazidəki elektrik tranformatorunun təmir olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya