Polkovnik Elman Hüseynovun doğum günüdür
- 30-04-2023, 12:42
- Gündəm
- 0
- 214
Ömrünün önəmli bir hissəsini ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidmət yolunu SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Daxili Qoşunlarında, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis dəstəsində, Azərbaycan milli qvardiyasında və Ədiliyyə Nazirliyinin mühafizə alayında hərbi və polis xidmətlərinə həsr edən yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti ilə seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) sədrinin təşkilat məsələləri üzrə səlahiyyətli nümayəndəsi- Avmvib Nəsimi rayon şöbəsinin sədri, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondun fəxri üzvi, AzərbaycanBayrağı Ordenli istefada olan polkovnik Hüseynov Elmar Knyaz oğlunun aprel ayının 30 — da 65 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan polkovnik Hüseynov Elmar Knyaz oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) rəhbərliyi, Din- Daxili Qoşunların və Ədiliyyə Nazirliyinin Konvoy Mühafizə alayının hərbi vəzifəliləri,AVMVİB-in Fədai .az kollektiv,doğmaları, döyüş və iş yoldaşları səmimi- qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Elmar müəllim qoy yaşınızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin, hər yeni illiniz isə ötən illərdən daha gözəl istəklərnizə uyğun sizə xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Hüseynov Elmar Knyaz oğlu 1958 -ci ilin aprel ayının 30 -da Azərbaycan Respublikasının Daşkəsən rayonunda zəhmətkeş ailədə anadan olub.
1975 -ci Daşkəsən şəhər Səməd Vurğun adına 4 saylı tam orta məktəbi, 1979 — cu ildə SSRİ Daxili işlər Nazirliyin Daxili Qoşunların Tiflis şəhərində yerləşən tədris alayında bölüyün baş cavuşu və taqım komandiri kursunu, 1983 — cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının LKGİ- nin 60 -iliyi adına Leniqrad (Sankt-Peterburq) Ali Hərbi Siyasi məktəbi, 1998-ci ildə Naxçıvan Dövlət Universitetini, 2001-ci ildə isə ABŞ, Luiziana Ştatı Üniversitetinin Böhranı İdarəetmə və Antiterror kursunu bitrib. O, SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Gürcüstan Respublikasının Ksani rayonunda Tiflis və Rustavi şəhərində Azərbaycan Respublikasının isə Bakı şəhərində yerləşən divziyalarında və hərbi hissələrində keçiriilən təlim -metodiki toplanışlarda,komanda- qərargah məşqlərində, müvafiq kurslarda, xüsusi- taktiki təlimlərdə, nümnəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1976- 1978- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Gürcüstan və Azərbaycan Respublikalarında yerləşən Divziyaların konvoy — mühafizə alayında rabitə stansiya qurupun rəisi , bölük başcavuşu, taqım komandiri,böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri və tabor qərargahının rəisi vəzifələrində olub. 1990 — 1992- ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis dəstəsində bölük komandiri,1993- 1994 — cü illərdə Azərbaycan Respubilkası Milli Qvardiyasında alay komandiri və milli qvardiya komandanın müavini, 1994- 2005 -ci illərdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensianar Xidmətinin Mühafizə Alayında qərargah rəisinin döyüş xidməti üzrə müavini və Alay komandiri vəzifəsində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edıb.
1990- 1993 -cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Xocalı, Laçın , Qubadlı, Ağdərə, Ağdam, Şuşa, Goronboy və Göygöl rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
1990 — cı ilin noyabr ayında Şuşa şəhərində Xocalı hava limanın qorunmasında, 1991 — ci illin aprel və may aylarınında isə Xanlar (Göygöl) rayonun Caykənd, Qarabulaq, Kamo, Azad ( Yen Zod), Goronboy rayonunun isə Todan, Erkec, Mənəşli, Buzlaq kəndlərinin ermənlərdən təmizlənməsində Polkovnik Elmar Hüseynovun xüsusi rolu olub.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və döyüş xidməti nizamnamələrin tələblərinin ,əmr və sərancamların dəqiq yerinə yetirilməsi işində tabeliyindəkilər üçün nümunə olmuşdur.
O , Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, Xüsusi Təyinatlı Milis Dəstəsində, Azərbaycan Milli Qvardiyasında və Ədiliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayında xidmət etdiyi illər ərzində özünü qorxmaz , insanpərvər, səxavətli, əliaçıq, işgüzar, yüksək intellektual səviyyəli zabit kimi göstərmişdir. Polkovnik Elmar Hüseynov istər orta və ali təhsil müəssisələrində təhsil aldığı ilərdə , istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə və ictimai təşkilatlarda , dost- tanış, qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinaətkarlığa qarşı mübarizənin təşkilində, axtarışda olan şəxslərin tutulmasında və zərərsizləşdirilməsində, fövqalədə vəziyət zamanı hüquqi rejim və karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
44 günlük Vətən Müharibəs zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyinə, Azərbaycan Ordusuna döstərdiyi maddi və mənəvi dəstəyə görə Azərbaycan Ordusunun baş Qərargah rəisinin, Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə fərmanla təltif olunub.
1.»Azərbayca Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 70- illiyi ( 1918-1988)” medala;
2.»Qusrsuz xidmtə görə” 1-ci dərəcəli medal-Sillahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Sillahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.»Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sankt-peterburq Hərbi İnstitutunun (məktəbin) yaranmasının 70 -illiyi medala;
Elmar Hüseynov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbə sədrinin vəzifələrini yernə yetirərkən fəriqləndiyinə görə,AVMVİB-nin və digər təşkilat sədirlərinin təsis etdiyi aşağdakı medalarla təltif edlib:
- «Böyük Zəfər” medala; 2.”Müharibə Veteranı» medala;
4.”Azərbaycan Respublikası Sillahlı Qüvvələriniin yaranmasının 100 -illiyi (1918-2018)” medala,
5.”Fədai” medala;
6.”Qazaxıstan Respublikası Veteranlarının Abay xatirə “medalı ilə.
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyün qorunub saxlanılmasında, hərbi hissəyə həvalə edilmiş vəzifələri yerinə yetirilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 1999 -cu il tarixli 12 yanvar sərancamı ilə polkovnik Elmar Hüseynov Azərbaycan Respubilkasının «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.
ELMAR MÜƏLLİM 65 İLLİK YUBİLEY YAŞINIZ MÜBARƏK OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN.