» » QAZIMIZ GUR YANIR

QAZIMIZ GUR YANIR



“AZƏRİQAZ” İB-NİN MƏSUL ŞƏXSLƏRİ BİNƏQƏDİ SAKİNLƏRİNİN MÜRACİƏTLƏRİNİ DİNLƏDİ


Bu gün Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində növbəti "Səyyar qəbul otağı" vətəndaşların ixtiyarına verilib. Görüşdə sakinlərin qaz sayğacının əvəzlənməsi, qaz kəmərinin yerinin dəyişdirilməsi və qazın limiti ilə bağlı ünvanladıqları sualları Birliyin məsul şəxsləri cavablandırıblar. Bütün müraciətlər qeydiyyata alınıb. Aksiyada çıxış edən qəsəbə sakini Nurəddin Ağamalıyev son 2-3 il ərzində qazın verilişi ilə bağlı heç bir problemlərinin olmadığını bildirib. Xatırladaq ki, “Açıq mikrofon” aksiyaları davam edir. Növbəti aksiya 21 iyul paytaxtın Xətai rayonunda keçiriləcək.










“AZƏRİQAZ" İB-DƏ ƏMƏKDAŞLIQ GÖRÜŞÜ KEÇİRİLDİ


Bu gün “Azəriqaz” İstehsalat Birliyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşma İnstitutunun rəhbərliyi ilə Birlik rəhbərliyi arasında əməkdaşlıq görüşü keçirilib. “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev qonaqlara Birliyin fəaliyyəti haqqında qısa məlumat verib. Müştəri məmnunluğunun hər zaman rəhbərlik etdiyi qurumun prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Ruslan Əliyev adı çəkilən institutla əməkdaşlığında bu sahəyə töhfə verəcəyinə ümid etdiyini bildirib. İnstitutun baş direktorunun birinci müavini, baş direktorun vəzifəsini müvvəqəti icra edən İlham Bayramov da öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb. O qeyd edib ki, istehlakçılar tərəfindən istifadə olunan qaz cihazları və avadanlıqlarının müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etməklə müştəri məmnunluğunun artırılmasına nail olunacaq. Sonda hər iki qurumun rəhbəri əməkdaşlığın genişləndirilməsi üçün çərçivə müqaviləsinin hazırlanması və imzalanması barədə razılığa gəliblər.








SOCAR "AZƏRİQAZ" İB GƏNC FƏHLƏLƏRİN MÜHƏNDİSLİK ARZUSUNU REALLAŞDIRACAQ


SOCAR “Azəriqaz” İstehsalat Birliyi gənclərə perspektiv vəd edən yeniliyə imza atıb. Belə ki, Birlik üzrə “Mühəndis İnkişaf Proqramı” çərçivəsində fəhlə kateqoriyasında çalışan və sürətləndirilmiş hazırlıq proqramını başa vurmuş gənc fəhlələrin qulluqçu kateqoriyasına keçirilməsi üçün karyera müsahibələrinə start verilib. 
18-27 iyul tarixlərində ümumilikdə 140 namizədin müsahibəsinin keçirilməsi planlaşdırılır. Müsahibə mərhələsini uğurla keçən namizədlər təhsil və iş stajlarına uyğun hazırlandıqları qulluqçu kateqoriyasına aid vəzifələrə yerləşdiriləcəklər.
Xatırladaq ki, Proqramın icrasına 2021-ci ilin iyul ayından başlanılıb və Birlik üzrə 151 işçi proqrama cəlb edilib. Bunların 85 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
 













“Son zamanlar bizim qazla bağlı heç bir problemimiz və şikayətimiz yoxdur. Qazımız gur yanır." Bu sözləri Yasamal rayonunda keçirilən "Açıq mikrofon" aksiyasında  vətəndaş Nüşabə Hacıyeva bildirib. Tədbirdə sayğacın quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, yaranmış borcun araşdırılması və s. ilə bağlı çıxış edən sakinlərin müraciətləri Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev və Birliyin digər nümayəndələri tərəfindən qeydiyyata alınıb. Qeydiyyata alınan müraciətlərin isə bir hissəsi elə yerindəcə cavablandırılıb və vətəndaşlara lazımi məlumatlar verilib.  Qeyd edək ki, növbəti aksiya iyul ayının 20-si Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində keçiriləcək.









BAŞ DİREKTOR TAPŞIRIĞININ İCRASINI YERİNDƏCƏ YOXLADI


Şirvan şəhərində vətəndaşlarla keçirilən qəbulda SOCAR “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev müraciətlərinin dərhal həll olunması istiqamətində göstəriş verdiyi sakinlərin evlərinə baş çəkib və görülən işlərlə maraqlanıb. İlk olaraq fərdi qazlaşma ilə bağlı müraciət edən Şirvan şəhəri, Vidadi küçəsində yaşayan, yerimə əngəlli Şahin Baxşəliyevin evinə baxış keçirən Birlik rəhbəri işin gedişatı ilə tanış olub. Baş direktor ardıcıl olaraq qaz xəttinin yerinin dəyişdirilməsi və küçə qaz xəttinin çəkilməsi məqsədi ilə Energetik küçəsində yaşayan Cəmilə Əlirzayevanın və Xəlil Sarıyevin, Aydınov küçəsində isə Mübariz Əmirovun evinə baxış keçirib. Sonra Hacıqabul rayonuna gələn Ruslan Əliyev rayon sakini Tələt Cəfərovun mənzilinin qazlaşdırılması işləri ilə yerində tanış olub. Sonda baş direktor işlərin ən qısa zamanda başa çatdırılması ilə bağlı Salyan Regional Qaz İstismar İdarəsinin rəhbərliyinə göstəriş verib.



SOCAR “AZƏRİQAZ” İB-DƏ İŞÇİ GÖRÜŞ KEÇİRİLİB


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və SOCAR “Azəriqaz” İstehsalat Birliyi yanında fəaliyyət göstərən İctimai Şuraların “Azəriqaz” İB-də birgə görüşü keçirilib. Görüşdə SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və Birliyin digər məsul şəxsləri də iştirak ediblər. Görüş zamanı respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində perspektiv fəaliyyət planının hazırlanması, fəaliyyət planının reallaşdırılması üçün İctimai Şuraların dəstək göstərilməsi məsələləri geniş müzakirə edilib. Ruslan Əliyev İctimai Şuraların fəaliyyətini yüksək qiymətləndirərək bu görüşlərin bundan sonra da davam etdirilməsinin vacib olduğunu vurğulayıb.











  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya