Əhmədli Çörək zavodunun rəhbəri Rəfail müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Əhmədli Çörək zavodunun rəhbəri Rəfail müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Əhmədli Çörək zavodunun rəhbəri Rəfail müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rəfail müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Əhmədli Çörək zavodunun rəhbəri Rəfail müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Çörək əzəldən bəri ağız dadının təməlidir. Bir qitədən digərinə növü və forması dəyişsə də, bütün dünya əhalisi hər gün çörək yeməkdədir. Çörəyin növləri mədəniyyətlərin və xalqların inkişafı ilə paralel olaraq formalaşır. Əhmədli Çörək Zavodu müasir və ən son Alman texnologiyasına əsaslanaraq çörəyin bişirilmə üsullarında yüksək inkişafa nail olmuşdur. Keyfiyyətli yetişdirilmiş buğdadan əldə olunan xam mal, istifadə olunan texniki avadanlıqların müasirliyi və xəmirin daha yaxşı mayalandırılması çörəyin yüksək keyfiyyətli istehsalına gətirib çıxarır. Paketləməyə xüsusi diqqət göstərilir və bunun sayəsində ekoloji və sağlam bir məhsul zavoddan süfrələrinizə gəlib çatır. Sağlamlıq, doyumluluq, yeni damaq dadının və standart keyfiyyətin axtarışı cəmiyyətdə yeni çörək növlərinə ehtiyyac yaradır. Əhmədli Çörək Zavodu qurulduğundan müştəri məmnuniyyətini ön planda tutaraq bu ehtiyacı qarşılamaq üçün bütün işlərini davam etdirməkdədir və şüurlu şəkildə çörək istehlak edən bir cəmiyyətin formalaşmasına xüsusi səy göstərməkdədir.
Müəssisədə beş çörək istehsalı xətti, qablaşdırma xətləri, xammalın daşınması və avtomatik bölgüsü olan anbar sistemləri quraşdırılmışdır. Burada müxtəlif çeşiddə çörək və çörək-bulka məmulatı istehsal olunur. Gələcəkdə məhsul növlərinin artırılması planlaşdırılır. Gündəlik məhsul buraxılışı gücü tonlarla olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılmışdır. Un metal detektorlardan keçdikdən sonra çəki stansiyalarına ötürülür. Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılmışdır. Reseptlərə uyğun olaraq tərkiblər xəmir çənlərinə avtomatik tökülür və mikserlə yoğurulur. Zavoddakı bütün xəmir çənləri çiplərlə təchiz olunmuşdur. Bu da işin rahat aparılmasına kömək edir. İstehsalda çəkiyə avtomatik nəzarət qaydaları tətbiq olunmuşdur. Çörəyin növündən asılı olaraq acıtma müddəti, temperatur və rütubət avtomatik müəyyən olunur. Hər növ çörəyin göstəriciləri fərqlidir. Bişirmə prosesi yüksək keyfiyyətli Avropa standartlarına uyğun sobalarda həyata keçirilir. Çörəyin bişmə prosesini sobanın üzərində yerləşən xüsusi pəncərələrdən izləmək olur. Hər bir sobanın çıxışı videosayğacla təchiz olunmuşdur. Çörək bişdikdən sonra soyutma mərhələsinə keçir. Zavodda istehsal olunan çörəklər növündən asılı olaraq, burada quraşdırılan xüsusi soyutma xətti vasitəsilə 60-180 dəqiqə ərzində soyudularaq bütöv və ya doğranmış formada qablaşdırılır. Bu da məhsulun istifadə müddətini 48 saatadək artırır. Qablaşdırılan məhsullar qutulara yığılaraq satış anbarına ötürülür. İstifadə olunan qutular avtomatik yuyularaq qurudulur və yenidən istehsal xəttinə yönəldilir.
Diqqətə çatdırıldı ki, istehsal prosesində istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirilir. Su, un, duz, şəkər, maya və digər xammal zavodda quraşdırılan xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsala buraxılır. Həmçinin istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur. Bütün bunlar da sanitar-gigiyenik normalara əməl olunmaqla yüksək keyfiyyət standartlarına cavab verən çörək və çörək-bulka məmulatlarının istehsalına şərait yaradır.
Qeyd olundu ki, çörəkbişirmə xətlərində tətbiq edilən elektron müşahidə və keyfiyyətə nəzarət sistemi istehsalın müxtəlif mərhələlərində standartlara uyğun gəlməyən çörəyin müəyyən edilməsinə və xətdən dərhal çıxarılmasına imkan verir. İstehsal olunan bütün məhsullar qablaşdırıldıqdan sonra üzərində istehsal tarixi, istifadə müddəti və istehsal olunan partiya nömrəsi qeyd edilir. Buradakı müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına səbəb olur.