» » Mərdan Mehdiyev: Brüssel görüşü Avropa İttifaqının Prezident İlham Əliyevə olan etimadının bariz nümunəsidir

Mərdan Mehdiyev: Brüssel görüşü Avropa İttifaqının Prezident İlham Əliyevə olan etimadının bariz nümunəsidir

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşdü - FOTO/VİDEO


“Nəvai” postunun komandiri Mərdan Mehdiyev - Bildiyimiz kimi, prelin 6-da Brüsseldə 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dəfələrlə Ermənistanla sülh danışıqlarına hazır olduğunu bəyan edib. Sözsüz ki, bu məsələdə vacib məqam sülh razılaşmasının komponentinin Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təkliflər əsasında aparılmasıdır. Bu sənəddə də əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Son 19 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaradıb. Əlbəttə, bu hüquqi bazanın yaradılmasında ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərliyin olmasıdır.

Azərbaycan dövləti sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyir. Brüssel danışıqları və əldə olunan razılaşma Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə bir çox mühüm istiqaməti özündə əks etdirir. Xüsusən nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması danışıqların gedişatı ilə birbaşa bağlıdır.

Əslində sülh müqaviləsi Ermənistan üçün hava-su kimi lazımdır. Çünki sadə ermənilər Ermənistanın acı məğlubiyyətini qəbul ediblər və bununla barışıblar. Erməni vətəndaşları İkinci Qarabağ müharibəsində yaşadıqları faciəni bir daha yaşamaq istəmirlər. Hətta İrəvanda ermənilər arasında aparılan sorğularda respondentlər Qarabağın Azərbaycanın ərazisi olduğunu və yenidən müharibə olacağı təqdirdə Azərbaycan Ordusu ilə savaşa getməyəcəklərini bildiriblər. Bu, o deməkdir ki, Ermənistanın əksər əhalisi Azərbaycanla qonşuluq münasibətlərində yaşamağa hazırdır. Ermənistanın radikal qüvvələri müharibədən nəticə çıxarmalıdırlar. Onlar bir qarış torpağımızı belə silah gücünə zəbt etmək fikrinə düşsələr, bu dəfə daha ağır zərbə alacaqlar. Bunu sadə ermənilər çox gözəl başa düşür. Azərbaycan həmişə razılaşmalara əməl edən tərəfdir. Əgər Ermənistan ənənəvi pozuculuq mövqeyini kənara qoyub, bu dəfə razılaşmaların mümkün qədər tez bir zamanda reallaşdırılması xəttini tutacaqsa, nəhayət sülh sazişi imzalana bilər.

Azərbaycanın həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüslərinin beynəlxalq arenada yüksək qiymətləndirilməsi ölkəmizə, şəxsən Prezident İlham Əliyevə olan etimadın bariz nümunəsidir. Bütün bunlar bir daha təsdiq edir ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, dövlətimizin başçısı ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya