» » Rəşad Əhmədzadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Rəşad Əhmədzadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Prezident İlham Əliyev Daxili Qoşunların “N” saylı hərbi hissəsinin  açılışında iştirak edib

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinin rəisi Rəşad Əhmədzadənin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinin rəisi Rəşad Əhmədzadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rəşad Əhmədzadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinin rəisi Rəşad Əhmədzadəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinin rəisi Rəşad Əhmədzadə - Milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı bu gün xalqımızda xoş əhval-ruhiyyə, qürur hissini yaradıb. Artıq iki ildir Novruz tonqalları işğaldan azad edilmiş torpaqlarımızda alovlandırılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il Şuşada Cıdır düzündə alovlandırdığı bayram tonqalı xalqımızın 30 ilə yaxın dövrdə səbirsizlikə gözlədiyi gün idi. Ölkə Prezidenti Cıdır düzündən müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki, 2004-cü ildən başlayaraq, hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik, Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisə, böyük xoşbəxtlikdir. 28 ildən sonra Şuşaya qayıtdıq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin müraciətində daha möhtəşəm uğurlara yol açacaq hədəfləri açıqladı. Tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilməsi, ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara tarixi səfərləri Böyük Qayıdışı hər an yaxınlaşdırır. Bu gün hər bir azərbaycanlı qürurludur ki, torpaqlarımız tarixi sahibindədir, bu ərazilərimizə əbədi bahar gələrək cənnət məkana çevrilirlər.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrikində səsləndirdiyi “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” fikirləri təsdiq edir ki, Novruz insanları birliyə, həmrəyliyə çağırış edir, dostluq, səmimiyyət mühitini formalaşdırır. 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxlaq Novruz Günü elan olunub. Bu mühüm addım həyatın yenidən canlanmasının müjdəçisi olan Novruzun müqəddəsliyinə olan inamın göstəricisidir.

Atılan hər bir addım milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasına, inkişafına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 18 ildən artıq dövrdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarından biri Azərbaycan gənclərinin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərimizi, tariximizi qorumalarıdır. Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir, müstəqil Azərbaycan dövləti bu dəyərlər üzərində qurulub. Ölkə Prezidenti bu əminliyi ifadə edir ki, milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.

Xalqı birləşdirən bayram şənlikləri həm insanlarda xoş ovqat, bayram əhval-ruhiyyəsi yaradır, həm də adət-ənənələrimizin unudulmamasına, nəsildən-nəslə ötürülməsinə xidmət edir. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

Ölkəmizin dayanıqlı iqtisadi inkişafı güclü sosial siyasətlə müşaiyət olunur. 2022-ci ilin ilk sosial paketində yer alan Prezidentin Fərman və Sərəncamları əhalinin sosial müdafiəsinin prioritetliyinin təsdiqidir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında əksini tapmalıdır. Son bir ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa və quruculuq işlərinin əsasında da insanların yüksək şəraitdə yaşayışı, məmnunluqlarının təmin olunması dayanır. Bu gün güclü, qüdrətli, qalib Azərbaycanın hər bir bölgəsində, kənd və qəsəbəsində Novruz ab-havası yaşanır, qalibiyyətimiz bu sevincə sevinc qatır.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya