Главная > Dünya > Paşinyan: "Rusiyanın sərhədlərlə bağlı bu 3 təklifini qəbul edirik"
Paşinyan: "Rusiyanın sərhədlərlə bağlı bu 3 təklifini qəbul edirik"18-11-2021, 14:30. Разместил: admin |
Rusiya Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı təkliflə çıxış edib. Ölkə.Az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Dünən parlamentdə dedim ki, 2021-ci ilin may ayından etibarən Rusiya Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı üç təklif alıb və hər üç təklif bizim üçün məqbul olub. Dünən mənim bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiya prosesinin hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib”, - Paşinyan hökumətin iclasında deyib. O qeyd edib ki, bu təkliflər məqbuldur və Ermənistanın müdafiə naziri Suren Papikyana Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə birlikdə detalları dəqiqləşdirməyi tapşırıb və “biz bu təklifləri RF-nin təklifləri çərçivəsində və əsasında həyata keçirməyə çalışacağıq”. Вернуться назад |