Главная > Dünya > Ermənistan XİN rəhbəri: “İrəvan-Tehran münasibətlərini daha da dərinləşdirməyə hazırıq”

Ermənistan XİN rəhbəri: “İrəvan-Tehran münasibətlərini daha da dərinləşdirməyə hazırıq”


4-11-2021, 12:36. Разместил: admin
Ermənistan XİN rəhbəri: “İrəvan-Tehran münasibətlərini daha da dərinləşdirməyə hazırıq”


Ermənistanla İran arasında qarşılıqlı etimada əsaslanan tarixi dostluq münasibətləri mövcuddur. 

“Bunu  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Nouvelles d’Arménie” nəşrinə müsahibəsində deyib.

“Dostluğa və qarşılıqlı hörmətə, ticari-iqtisadi, siyasi və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan Ermənistan-İran münasibətlərini qarşılıqlı qaydada daha da inkişaf etdirməyə və dərinləşdirməyə hazırıq”- Mirzoyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan nüvə proqramı üzrə danışıqların bərpa olunacağına, uğurlu nəticə əldə edəcəyinə və  bu da öz növbəsində İrana qarşı mövcud sanksiyaların ləğvi üçün imkan yaradacağına tam  əmindir: “Bu da Ermənistan və İran arasında iqtisadi əməkdaşlığın inkişafı üçün mühüm stimul ola bilər”. 


Вернуться назад