Главная > Dünya > Putinin rəsmi görüşlərə apardığı cazibədar qadın kimdir? - FOTOLAR
Putinin rəsmi görüşlərə apardığı cazibədar qadın kimdir? - FOTOLAR7-10-2021, 10:33. Разместил: admin |
Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın keçmiş dövlət başçısı Donald Trampla 2019-cu ildə baş tutan görüşü ilə bağlı maraqlı iddialar səsləndirilib. Iddialara görə, Putin 2019-cu ildə G20 sammiti çərçivəsində Trampla görüşündə amerikalı həmkarının diqqətinin yayındırmaq istəyib. Buna görə o, Trampla görüşə həvəskar rəqqas olan tərcüməçi Daria Boyarskaya ilə qatılıb. İddiaya görə, 36 yaşlı Daria, Yaponiyanın Osaka şəhərində dünya liderləri arasında keçirilən toplantıya qatılmaq üçün xüsusi vəzifələndirilib. Məlumata görə, onun bu işə cəlb olunması heç də xarici dil biliklərinə görə olmayıb. Ağ Evin keçmiş mətbuat katibi Stefani Qrişam bu yaxınlarda işıq üzü görəcək kitabında bu məsələyə də toxunub. O bildirib ki, həmin təcüməçi Trampın fikrini dağıtmaq üçün toplantıya gətirilmişdi: “Toplantı başlayanda Fiona Hill (Rəhbərliyin Rusiya üzrə mütəxəssisi ) qulağıma pıçıldadı. O, məndən Putinin uzun saçlı, əsmər, gözəl və mükəmməl bədən quruluşuna sahib olan tərcüməçisinə diqqqət edib-etmədiyimi soruşdu. Mənə qadının Putin tərəfindən özəlliklə Trampın diqqətini yayındırmaq üçün seçildiyindən şübhələndiyini bildirdi”. Putinin sözcüsü Dmitri Peskov isə iddiaları rədd edib. “Tərcüməçilər Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunur. Bu prosesdə Putinin özü yer almır” - deyə o, qeyd edib. Qeyd edək ki, Daria Boyarskaya daha öncə də Putinin bir ABŞ prezidenti ilə görüşündə tərcüməçi kimi yer alıb. Bu, 2016-cı ildə Pekində Putinlə Barak Obama arasında baş tutan görüşdə qeydə alınıb. Herzen adına Rusiya Dövlət Pedaqoji Universitetinin məzunu olan Boyarskayanın hazırda ATƏT-in Parlament Assambleyasında və Xarici İşlər Nazirliyində çalışdığı bildirilir. Onun Vyanada yaşadığı qeyd olunur. Daria həvəskar şəkildə baçata və salsa rəqsi ilə məşğuldur. Вернуться назад |