Главная > Dünya > NATO Baş katibi: “Ukrayna və Gürcüstan NATO üzvü olacaq, amma…”

NATO Baş katibi: “Ukrayna və Gürcüstan NATO üzvü olacaq, amma…”


6-10-2021, 12:04. Разместил: admin
NATO Baş katibi: “Ukrayna və Gürcüstan NATO üzvü olacaq, amma…”


Rusiyanın Gürcüstan və Ukraynanın NATO üzvü olmasına veto qoymaq hüququ yoxdur.
Ria.ru xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vaşinqtonda konfransda çıxışı zamanı Ukrayna və Gürcüstanın NATO-ya daxil olması məsələsinə münasibət bildirərkən deyib.

NATO-nun baş katibi Stoltenberq Baydenlə Gürcüstan və Ukraynaya yardım məsələsini müzakirə etdiyini də söyləyib.

“Yalnız NATO üzvləri, Gürcüstan və Ukraynanın üzvlüyünə qərar vermək haqqı var. Nə Rusiyanın, nə də başqasının bu qərara veto qoymaq hüququ yoxdur”, – Baş katib qeyd edib.
Bununla belə o əlavə edib ki, Bunun nə vaxt olacağını deyə bilməz: "Aydındır ki, sabah olmayacaq”.

O, NATO ölkələrini müraciət edənlərin ittifaqa qoşulması üçün dəstəyi genişləndirməyə çağırış etməklə yanaşı, məsələni  ABŞ prezidenti Co Baydenlə  müzakirə etdiyini söyləyib.


Вернуться назад