Главная > Dünya / Video > Ağ Ev yenə Baydenin sözünü yarıda kəsdi - Video

Ağ Ev yenə Baydenin sözünü yarıda kəsdi - Video


14-09-2021, 10:22. Разместил: admin
Ağ Ev yenə Baydenin sözünü yarıda kəsdi - Video


Ağ Ev ABŞ Prezidenti Co Baydenin çıxışının canlı yayımını yarıda kəsib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident ABŞ Prezidenti Aydaho ştatında ölkənin qərbində baş verən meşə yanğınları ilə bağlı danışarkən olub.

Məlumata əsasən, Bayden sual vermək istəyərkən çıxışı yarıda kəsilib və o, “Üzərində işlədiyimiz məsələlərdən biri...” deyərkən yayım səbəbi izah olunmadan kəsilib.

“New York Post”un məlumatına görə, Ağ Ev əvvəllər də Baydenin çıxışının canlı yayımını dayandırıb. Belə güman edilir ki, bu, 78 yaşlı Prezidentin jurnalistlərin suallarına cavab olaraq fikirlərini düzgün izah edə bilib-bilməməyindən ehtiyat etməklə bağlıdır.

Qeyd edək ki, bu yaxınlarda Co Bayden Ağ Evdə çıxış edərkən mikrofon söndürülmüşdü.




Вернуться назад