Главная > Dünya > ABŞ Əfqanıstanda 2 trilyondan çox xərcləyib: rəqəm böyüyəcək...

ABŞ Əfqanıstanda 2 trilyondan çox xərcləyib: rəqəm böyüyəcək...


27-08-2021, 13:00. Разместил: admin
ABŞ Əfqanıstanda 2 trilyondan çox xərcləyib: rəqəm böyüyəcək...


ABŞ Əfqanıstandakı 20 illik hərbi mövcudluğunun xərclərini hesablanıb və bu  bir neçə trilyon dollar olub.

“Fox Business” xəbər verir ki, Braun Universitetitnin ABŞ-ın 20 il müddətində Əfqanıstanda xərclədiyi vəsaiti hesablayıb.

Hesablama nəticəsində bəlli olub ki, təxminən 20 il davam edən münaqişə amerikalılara 2,31 trilyon dollara başa gəlib.

Broun Universitetinin mütəxəssisləri hesab edir ki, xərclərin yaxın gələcəkdə artacağını poqnozlaşdırırlar.

Bu xərclər müharibədən dönən veteranlara və yaralılara ömür boyu xidmət göstərilməsi üçün ödəniləcək müavinətlər hesabına artacaq. 

Harvard Universitetinin Kennedi məktəbinin professoru Linda Bilmesin hesablamalarına görə isə Əfqanıstan və İraqda xidmət etmiş veteranlara uzunmüddətli tibbi xidmət və əlillik müavinətinin ödənilməsi xərcləri 2,5 trilyon dollaradək qalxa bilər. 

Bundan əlavə ABŞ 2050-ci ilə qədər hərbi borcları üçün 8 trilyon dollardan çox vəsait ödəməlidir.

Hesabatda oda qeyd olunur ki, ABŞ bu müddət ərzində təkcə maddi itkilər deyil, həm də minlərlə insan itkisinə məruz qalıb. ABŞ Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, 2001-ci ildən etibarən indiydək Əfqanıstanda  800 min amerikalı hərbçi xidmət edib. Əfqanıstandakı hərbi əməliyyatlarda  6 mindən çox hərbçi ölüb, 20 mindən artıq  hərbçi isə yaralanıb. Bu hərbi əməliyyatlar zamanı isə 100 mindən çox əfqan ölüb.


Вернуться назад