Главная > Dünya > Bu ölkə ordusunu Əfqanıstanda saxlamaq istəyir
Bu ölkə ordusunu Əfqanıstanda saxlamaq istəyir25-08-2021, 10:09. Разместил: admin |
Kanada G7 tərəfdaşlarına avqustun 31-dən sonra Əfqanıstandakı qoşunlarını saxlamağa hazır olduğunu açıqlayıb. "Xarici KİV xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib. "Kanada müəyyən edilmiş son tarixdən - 31 avqustdan sonra da qoşunlarını Əfqanıstanda saxlamağa hazırdır", - Trüdo bildirib. Xatırladaq ki, avqustun 23-də “Taliban” qruplaşması ABŞ qoşunlarının ölkəni tərk etməsi üçün son tarixi açıqlayıb. “31 avqust ABŞ-ın Əfqanıstandan çıxması üçün son tarixdir”, - qeyd edilib. Вернуться назад |